Sərvər Qəniyevin 70 illik yubiley gecəsi

 

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Sərvər Qəniyevin 70 illik yubileyi münasibətilə gecə keçirildi. Yubiley gecəsində Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə A.Vivaldinin 2 skripka üçün lya mayor konserti, Konççerto qrosso re minoru, Y.Bizenin "Karmen" operasından skripka üçün fantaziyası, Ruggiero Leonçovellonun "Mattinata", Folconierinin "L.Bellisini Karelli", Niyazinin "Arzu" əsərləri və P.İ.Çaykovskinin "Romeo və Cülyetta" uvertürası səsləndi.
   Xalq artisti, professor Xuraman Qasımova, SSRİ xalq artisti, professor Fidan Qasımova, beynəlxalq müsabiqələr laureatları, skripka ifaçıları Ceyla Qəniyeva, Toğrul Qəniyev, Elvin Qəniyev, violonçel ifaçısı Heyrəddin Hoca da konsertdə çıxış etdilər.
   

Səs.- 2007.- 9 oktyabr.- S.12.