Tanınmış skripka ustası dirijor Sərvər Qəniyevin 70 illiyi münasibətilə yubiley gecəsi

 

Oktyabrın 5- Müslüm Moqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, "Şöhrət" ordenli skripka ustası dirijor Sərvər Qəniyevin 70 illiyi münasibətilə yubiley gecəsi keçirilmişdir.

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev Azərbaycan klassik ifaçılıq məktəbinə çox böyük töhfələr vermiş yubilyarı təbrik etmiş, ona uğurlar arzulamışdır.

Prezident İlhaım Əliyevin daim Azərbaycan mədəniyyətinə xüsusi diqqət göstərdiyini bildirən nazir, dövlət başçısının musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Sərvər Qəniyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında oktyabrın 4- imzaladığı Sərəncamın mətnini yubiley iştirakçılarının diqqətinə çatdırmışdır.

Qeyd olunmuşdur ki, S.Qəniyev uzun illərdir Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğatı ilə məşğuldur. O, ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini musiqi sənətini çox yüksək tutur. Bildirilmişdir ki, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycanın adını yüksəklərə qaldırmaqda, vətənpərvərlik hissləri ilə yaşamaqda S.Qəniyev kimi sənətkarlardan nümunə götürməlidirlər.

Sərvər Qəniyev Prezidentin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülməsindən qürur hissi keçirdiyini bildirmiş yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Gecədə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri çıxış etmişdir. Solistlərin - dirijor, skripka ustası, xalq artisti Sərvər Qəniyevin, xalq artistləri Xuraman Fidan Qasımova bacılarının, beynəlxalq müsabiqələr laureatları Ceyla Qəniyevanın, Toğrul Qəniyevin, habelə violençel ifaçısı Hayrəddin Hocanın çıxışla alqışlarla qarşılanmışdır.

Konsertdə A.Vivaidinin 2 skripka üçün lya major konserti, Konççerto qrosso reminoru, J.Bizenin "Karmen" operasından skripka üçün fantaziyası, Ruggiero Leoncovellonun "Mattinata", Folconierinin "O.Bellisini Kapelli", Niyazinin "Arzu" əsərləri P.İ.Çaykovskinin "Romeo Cülyetta" uvertürası səslənmişdir.

 

Respublika.- 2007.- 6 oktyabr.- S. 5.