Avroviziyada
Azərbaycanı kim təmsil edəcək?
Əbülfəs Qarayev:
"Nəticələr barədə bir söz deyə
bilmərəm"
İki gündür ki, Rəşid Behbudov adına Mahnı Teatrında
"Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı
təmsil etməyə namizəd olan sənət
adamlarının kastinqi prosesi başa çatıb. "Yol
gənclərindir!" devizi altında keçirilən
seçim turunda 37 müğənninin ifası dinlənilib.
Onların arasında İradə İbrahimova, Röya,
Elnarə, Natəvan Həbibi, Zamiq, Nurlan Növrəsli, Ayaz Qasımov,
"Rast", "Unformal" qrupu, "Akademiya" realiti-şousunun
finalçıları Aytac Cəfərovc və Xəyyam
Mustafazadə də var.
Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirliklərinin
və Heydər Əliyev Fondunun təşkil etdiyi seçim
turunda sənətçilərin
çıxışını Əbülfəs Qarayev, Azad
Rəhimov, Fərhad Bədəlbəyli, Səyavuş Kərimi
və Ukraynadan dəvət olunmuş
mütəxəssislər qiymətləndiriblər. Onların
"süzqəc"indən uğurla keçən
müğənniyə və ya qrupa gələn ilin
mayında Serbiyada keçiriləcək "Avroviziya"
yarışmasında ölkəmizi təmsil etmək
nəsib oiacaq. Həmin ifaçı üzərində bir il
ərzində xarici mütəxəssislər
çalışacaq, onun repertuarı, rəqsindən
tutmuş xarici görünüşünə qədər bir
çox elementləri dəyişdiriləcək.
Maraqlısı odur ki,
qurum nümayəndələri media təmsilçilərinə
kastinq barədə hər hansı məlumat vermir. Biz
sadəcə həmin kastinq prosesinə qatılan
müğənnilərin adlarını öyrənə
bildik. Natəvan Həbibi kastinqə dəvət aldığını
söyləsə də, iştirak edəcəyi vaxtın
bəlli olmadığını bildirdi. Müğənni xanım
söylədi ki, məşhurluğundan asılı olmayaraq
hər kəsin ifası dinlənilməlidir.
Beynəlxalq müsabiqənin seçim mərhələsinə dəvət alanlardan biri də İradə İbrahimovadır. Amma o, kastinqdə iştirak edə bilməyəcək. Səbəbini açıqlayan müğənninin mətbuat katibi təklifi ötən gün aldıqlarını bildirdi və təəssüflə İradə İbrahimovanın ölkədən kənarda olduğunu, bu həftə qayıdıb-qayıtmayacağının da məlum olmadığını bildirdi.
Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev isə öz növbəsində APA-ya açıqlama verib: "Biz sözümüzün
üstündə durduq
və Azərbaycanın
"Eurovision" müsabiqəsində
iştirakı üçün
hazırlıqlara başladıq", - deyə o,
bildirib. Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdiyi ilk seçim turunun arxada qaldığını vurğulayan
nazir deyib: "Amma bunun nəticələri barədə bir söz deyə
bilmərəm. Yəqin
ki, 2008-ci ildə Azərbaycanı "Eurovision"
müsabiqəsində görəcəyik".
Müsavat.- 2007.- 6 oktyabr.- S. 13.