Koroğlu operasına laqeyd
münasibət bəsləmək olmaz
Dahi
bəstəkarımız Üzeyir Hacıbəyov "Leyli
və Məcnun", "Şeyx Sənan", "Əsli
və Kərəm", "Şah Abbas və
Xurşudbanu" milli operalarını yazan zaman elə hey
Qərb bəstəkarlarının müasir formalara cavab
verən operaları səviyyəsində əsər yaratmaq
haqqında düşünürdü. Lakin
reçitativlərdən, bitkin partiyalardan, ansambllardan,
antraktlardan ibarət opera yazmaq heç də asan
məsələ deyildi. Üzeyir bəy "Leyli və
Məcnun"dan "Koroğlu"yadək böyük
yaradıcılıq yolu keçmiş dahi
sənətkardır. O, "Koroğlu" operasını
yazmaq qərarına gəldikdən sonra düz iyirmi il xalq
musiqimizin əsaslarını dərindən
öyrənməyə vaxt sərf etmişdi.
Azərbaycan.- 2007.- 9 oktyabr.- S.8.