İrəvan Dövlət Dram Teatrının
125 illiyi qeyd edilib
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında Cəfər Cabbarlı adına
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
125 illik yubileyi qeyd olunub.
Nazirliklərin, elm və mədəniyyət
təşkilatlarının, səfırliklərin nümayəndələri,
Azərbaycanda Tacikistan
mədəniyyət günlərinin
iştirakçıları yubiley tədbirində olublar.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 125 ü əvvəl
qədim Azərbaycan torpağı olan İrəvan Xanlığının
paytaxtında təşəkkül
tapmış bu sənət ocağının
milli mədəniyyət
tariximizdə müstəsna
rolunu qeyd edib. Nazir bildirib ki, 18 ildir bu
sənət ocağı
məcburi qaçqın
həyatı nəticəsində
Bakıda məskunlaşsa
da, fədakarlıq nümayiş etdirir, yeni-yeni səhnə əsərləri ilə tamaşaçıları sevindirir,
teatr sənətini yorulmadan təbliğ edir.
Ə.Qarayev Azərbaycan
Prezidentinin 2007-ci il 16
oktyabr tarixli Sərəncamı ilə
teatrın bir qrup aktyorlarına fəxri adların verildiyini diqqətə çatdırıb və
onlan təbrik edib, yaxın vaxtlarda teatrın bina probleminin də həll olunacağını bildirib.
Tədbirdə çıxış edən
Teatr Xadimləri İttifaqının sədri
Azər Paşa Nemətov İrəvan Dövlət Azərbaycan
Dram Teatrının 125 illik
yubileyini milli mədəniyyətimizin şanlı
tarixinə düşən
uğurlu bir səhifə adlandırıb. O, yubiley
münasibətilə əlaqədar
olaraq, kollektivin 5 üzvünü Teatr Xadimləri İttifaqının
təsis etdiyi xüsusi diplomla və iki nəfəri "Qızıl
medal"la mükafatlandırılıb.
Azad Azərbaycan.- 2007.- 19 oktyabr.- S. 8.