Quliyeva Z.


Şərqin görkəmli mütəfəkkirinə həsr olunan tədbirlər

 

Oktyabrın 21-dən Azərbaycanda Mövlana Cəlaləddin Rumi günlərinə start verildi. Tədbir Xırdalan şəhərində keçirilən "Səma göstəricisi" ilə başlandı. Bildiyimiz kimi, Şərqin görkəmli mütəfəkkiri Cəlaləddin Rumi yalnız elm, mədəniyyət yox, rəssamlıq, xəttatlıq və memarlıq aləminə də bir çox töhfələr vermişdir. Buna görə də mütəfəkkirin xatirəsinə həsr olunmuş üç müxtəlif sərgi keçirildi. Bu sərgilərdə rəsm, ebru, foto, xəttatlıq əsərləri nümayiş olundu.
Müasir incəsənət mərkəzində keçirilən ilk sərgidə Konya Böyükşəhər Bələdiyyəsinin kolleksiyasından 40 əsər sərgiləndi. Bakı İncəsənət Mərkəzində xəttat Tərlan Qorçinin əsərləri, eləcə də İran və Azərbaycan sənətkarlarının əl işləri təqdim olundu. Azərbaycanda keçirilən Mövlana Cəlaləddin Rumi günləri M.Moqomayev adına Dövlət Filormoniyasında da yada salındı.

 Azərbaycan.- 2007.- 25 oktyabr.- S.8.