Mövlana Cəlaləddin Ruminin kitablannın sərgisi keçirilib

 

Azərbaycanda keçirilən "Mövlana Cəlaləddin Rumi Günləri" çərçivəsində dünən Mirzə Fətəli Axundov adına Milli Kitabxanada böyük mütəfəkkirin kitablarının sərgisi təşkil olunub. APA-nın xəbərinə görə, sərgidə Mövlananın işıq üzü görən kitabları ilə yanaşı, onun barəsində yazılan tədqiqat əsərləri qəzet məqalələri nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Cəlaləddin Ruminin yaradıcılığına həsr olunan kitabların saytının yaxın gələcəkdə daha çox olacağına inandığını bildirib. Professor Zümrüd Quluzadə, doktor Cavad Heyət; AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin Konya şəhər bələdiyyəsinin sosial humanitar işlər müdiri Ərcan Uslu çıxış edərək Mövlananı Türk müsəlman Dünyasının böyük mütəfəkkiri adlandıraraq onun əsərlərini bütün bəşəriyyətə məxsus olduğunu bir daha vurğulayıblar.

 

                   Xalq cəbhəsi.- 2007.-  26 oktyabr.- S. 14.