Turanə

 

Aşiqlər Sultanı Mövlana

“Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” başa çatıb

Əsil adı Məhəmməd Cəlaləddin olan və bütün dünyada Mövlana kimi tanınan “Aşiqlər Sultanı” 30 sentyabr 1203-cü ildə indiki Əfqanıstan ərazisində yerləşən Bəlx şəhərində anadan olub. O çox gənc ikən mənası “əfəndimiz” olan “Mövlana” adını qazanıb. Amma onu təkcə Mövlana deyil, Rumi təxəllüsü ilə də tanıyırlar. Bunun da səbəbi vaxtilə Rumlar ölkəsi adlanan Anadoluda Mövlananın həyatının böyük hissəsini keçirməsi idi. Mövlananın atası Sultanu I Üləma (alimlərin sultanı) kimi tanınan Bahəddin Vələd, anası isə Xarəzmşahlar nəslindən, Bəlx əmiri Rüknəddinin qızı Möminə Xatun olub. Dövrünün böyük alimi Bahəddin Vələd üzləşdiyi haqsızlıqlara dözməyərək, ailəsi ilə birgə Bəlxi tərk edir. Uzun illər İslam aləminin müqəddəs şəhərlərini ziyarət edərək, Şərqi dolanan ailə, nəhayət 1228-ci ildə Səlcuq Sultanı I Əlaəddin Keyqubadın dəvəti ilə Konyaya köçür.

1231-ci ildə atasının vəfatından sonra Mövlana Bahəddin Vələdin şagirdləri tərəfindən onların yeni mürşidi seçilir. Elə o vaxtdan Mövlana özünü kamilləşdirməyə, dövrünün böyük alimlərindən dərs almağa başlayır. O yalnız zəmanəsinin deyil, bütün dövrlərin dahi şairi və mütəfəkkiri kimi yetişir. Mövlananın həyatında atasından sonra 2 şəxsiyyətin əvəzolunmaz rolu olub. Bunlardan biri atasının əqidə dostu Seyyid Bürhanəddin, digəri isə onun həyatında bir günəş kimi parlayan Şəms Təbrizidir. Həyatını bütövlüklə insanlara təmənnasız xidmət etməklə keçirən Mövlana incəsənətin 6 növünün - ədəbiyyat, musiqi, rəqs, rəssamlıq, xəttatlıq və memarlığın da yer aldığı məktəb yaradır. Onun “Məsnəvi”, “Divan-ı Kəbir”, “Fih-i Ma Fih”, “Məktubat”, “Məcalis-i Səba” kimi tarixin səhifələrindən süzülüb bu günümüzə kimi gəlib çıxan və sevə-sevə oxunan ədəbi əsərləri var. Qeyd edək ki, Məsnəvi klassik Şərq ədəbiyyatı

Yeni Azərbaycan.- 2007.- 27 oktyabr.- S. 8.