Azərbaycan-İraq Mədəni
Əlaqələri İctimai Birliyi yaradılıb
Yeni
yaradılan Azərbaycan-İraq Mədəni
Əlaqələri İctimai Birliyinin təqdimatı
keçirilib. Ötən gün Beynəlxalq
Mətbuat Mərkəzində bununla bağlı
keçirilən mərasimdə Birliyin məramları
barədə məlumat verildi. Qurumun rəhbəri Tahirə
Məmmədova Azərbaycan-İraq mədəni
əlaqələrinin tarixindən söz açaraq,
fəaliyyətlərini bu əlaqələrin inkişafına
yönəldəcəklərini vurğuladı. Birliyin
yaradıcılarından olan Roza İbrahimova Azərbaycan
və İraq xalqları arasında dostluğun, mədəni
əlaqələrin inkişaf etdirilməsi və
qarşılıqlı təmasların gücləndirilməsi
naminə çalışacaqlarını söylədi:
"Azərbaycanlıların İraqın taarixi
və mədəniyyəti ilə, iraqlıların isə
qarşılıqlı olaraq bizim
mədəniyyətimizlə yaxından tanış olması
üçün işlər görəcəyik.
Həmçinin Azərbaycanın İraqla mədəniyyət,
təhsil, səhiyyə sahələrində
əməkdaşlığının yeni yollarının
müəyyənləşdirilməsi də qarşıya
qoyduğumuz məqsədlərdəndir".
525 ci qəzet.- 2007.- 6 oktyabr.- S.24.