Mahsun Kırmızıgül
tamaşaçıları məyus etdi
Zilanı gələn
dəfə gətirib intizarınıza son qoyacağam
Sentyabrın 30-da Yaşıl Teatr Bakı Konsert
Kompleksində Türkiyənin ünlü
sənətçisi Mahsun Kırmızıgülün
solo-konserti oldu. "N.E.Orqanization" şirkətininin
təşkilatçılığı ilə "Aşka
sürgün" adı altında düzənlənən
konsert proqramı müğənninin canlı ifası ilə
başladı.Konsertə təxminən bir saat gecikən Mahsun
Kırmızıgül "Aşka sürgün"
filmində səslənən mahnıların sədaları
altında səhnəyə daxil olaraq tamaşaçılarını
salamladı. Sonra repertuarından canlı olaraq sevilən
mahnılarını ifa etdi.
Konsert salonunda iynə atsan yerə
düşməzdi. Sanki Mahsunun pərəstişkarları bu
konserti çoxdan gözləyirdi. Ona görə də
tamaşaçıları onu pilləkənlər
üzərində əyləşməklə seyr
edirdilər. Səhnədə ifaları ilə
tamaşaçılarını feyziyab edən
müğənni arabir sevənlərindən sevgi
məktubları da alırdı. O, isə bunun cavabında
pərəstişkarlarına "öncə sizi anam
bəyənməlidir, əgər onun xoşuna
gəlsəniz, o zaman mən hazıram" deməklə cavab
verirdi.
"Aşka sürgün" serialının
qəhrəmanı Zilanın səhnəyə
çıxmasını isə tamaşaçılar
səbirsizliklə gözləyirdi. Mahsun isə Zilanın
gələ bilmədiyini söylədi. Doğrusu bu
xəbər tamaşaçılar arasında
narahatçılıq yaradaraq onları məyus etdi.
Çünki Hazarla Zilanı eyni
səhnədə canlı görmək istəyən azəri
tamaşaçıları çox idi. Bunun səbəbini
isə müğənni Türkiyədə dizi
mövsümünün başlaması ilə izah etdi:
"Yeni filmlərə çəkildiyi üçün Zilan
və digər sənətçilər Bakıya gələ
bilmədilər. Bununla mənim səfərim
yekunlaşmır. İnşallah yenidən gəlməyi
düşünürəm.
Gələn dəfə çalışacam ki,
sizlərin intizarına son qoyaraq Zilanı da özümlə
gətirim. Mən bilirəm ki, bu dizi Azərbaycanda da çox
sevildi və filmin qəhrəmanları kimi Hazarla Zilanı
qarşınızda canlı görmək
arzusundasınız".
Üç nöqtə.- 2007.- 2 oktyabr.-
S.13.