İTAR-TASS-ın fotoqrafların sərgisi

 

Sərgidə Moskvanı əks etdirən 70 foto nümayiş olunur

 

Dünən Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Azərbaycanda Moskva Mədəniyyəti Günləri çərçivəsində İTAR-TASS-ın fotoqraflarının sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sərgidə 10 fotoqrafın  Moskvanı əks etdirən 70 fotosunun nümayiş olunduğunu deyib. Nazir bildirib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün çox vacib addımdır: "Qeyd etmək lazımdır ki, bu əlaqələr heç zaman kəsilməyib. Rusiyanın yaradıcı kollektivləri, şəxsiyyatləri daim Azərbaycana gələrək burada müxtəlif səpkili tədbirlər keçirir".

Qeyd edək ki, dünən Bakıya səfər edən Moskva nümayəndə heyətinin tərkibində Moskva şəhər merinin müavini Lyudmilla Şevtsova və Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Xudyakov da var. Dünən axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olub.

 

Ekspress.- 2007.- 4 oktyabr.- S. 13.