Moskva Bakıya köçüb

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Moskva hökumətinin (Mədəniyyət Komitəsinin birgə dəstəyi ilə oktyabrın 3-6-da Azərbaycanda Moskva mədəniyyəti günləri keçirilir. Moskva mədəniyyəti günləri S.Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda "Moskva gəzintisi" adlı foto sərgi ilə başladı.

Bu münasibətlə burada toplantı oldu. Toplantını Azərbaycan Mədəniyyət Turizm naziri Ə.Qarayev açaraq qeyd etdi ki, Azərbaycanda Moskva bütövlükdə Rusiya mədəniyyət günləri Rusiyada Azərbaycan mədəniyyəti günləri keçirilməsi artıq bir ənənə şəklini almışdır. Hazırkı tədbir həmin ənənələrin davamıdır. Azərbaycan Rusiya xalqlarını birləşdirən çox ümumi cəhətlər var. Bu xalqlar bir-birindən ayrı yaşaya bilməzlər. Bu həftə ölkəmizdə keçiriləcək Moskva mədəniyyəti günləri ölkələrimiz arasında olan mədəni, iqtisadi, siyasi əlaqələrin inkişafına yeni bir təkan verəcəkdir.

Sonra Moskvadan gəlmiş rəsmi nümayəndə çıxış edərək qeyd etdi ki, bu gün burada 10 rəssamın 70-ə qədər əsəri nümayiş etdirilir. Əminəm ki, sərgi iştirakçıların marağına səbəb olacadır.

Sərgiyə baxış başlandı. Yüzlərlə tamaşaçı Moskva fotorəssamlarının sənətkarlıqla foto obyektivə aldıqları lövhələrə maraqla tamaşa etdilər. Həmin fotoşəkillərdə Moskvanın inzibati binaları qədim saray ansamblları, müasir sənaye kompleksləri kilsələr, çoxmərtəbəli yaşayış evləri memarlıq abidələri bir-biri ilə yanaşı duraraq harmonik şəkildə uyarlıq təşkil edirdi.

"Moskva gəzintiləri" foto-sərgisində müxtəlif janrlarda işlənmiş, lakin eyni zamanda bir mövzu - Moskvanın təkrarolunmaz memarlığına, təbiətinə sakinlərinə məhəbbət mövzulu foto-şəkillər toplanmışdır.

Moskva gəzintiləri”'nə tamaşaçılar böyük maraqla baxdılar.

Həmin gün axşam Azərbaycan Dövlət Akademik Opera Balet teatrında Azərbaycan-Moskva mədəniyyət günlərinin rəsmi açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev Moskva şəhər merinin birinci müavini Lyudmila İvanovna Şvedsova mərasimə toplaşanları salamladı qarşılıqlı keçirilən bu tədbirlərin əhəmiyyətindən danışdılar.

Sonra Moskva şəhər incəsənət ustalarının iştirakı ilə qala-konsert oldu.

Azərbaycanda Moskva mədəniyyəti günləri sabah sona yetəcəkdir.

 

Mədəniyyət.- 2007.- 5 oktyabr.- S. 1.