Tapdıq G.
Azərbaycanda Moskva
Mədəmiyyət Günləri başladi.
Mədəniyyət
günlərinə Moskva gəzintisi ilə start verildi
Əbülfəs Qarayev sərgidə 10 fotoqrafın
Moskvanı əks etdirən 70 foto əsərinin
nümayiş olunduğunu deyib.
Dünən Səttar Bəhlulzadə
adına Mərkəzi Sərgi Salonunda “Azərbaycanda Moskva
mədəniyyəti günləri”
çərçivəsində İTAR-TASS-ın
fotoqraflarının “Moskva gəzintisi” adlı sərgisi
açılıb.
Tədbirdə çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
sərgidə 10 fotoqrafın Moskvanı əks etdirən 70
foto əsərinin nümayiş olunduğunu deyib. O bildirib ki,
bu cür tədbirlərin keçirilməsi iki ölkə
arasında əlaqələrin genişləndirilməsi
üçün çox vacib addımdır: “Qeyd etmək
lazımdır ki, bu əlaqələr heç zaman
kəsilməyib. Rusiyanın yaradıcı kollektivləri,
şəxsiyyətləri daim Azərbaycana gələrək
burada müxtəlif səpgili tədbirlər
keçirirlər”. Məlumat üçün bildirək ki,
tədbirin rəsmi açılışı dünən
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
olub. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında “Modern” Moskva Dram Teatrının quruluşunda
Rüstəm İbrahimbəyovun “Mənim əziz
kişilərim” əsəri əsasında
hazırlanmış eyni adlı tamaşa nümayiş
etdiriləcək. Bununla da Bakıda Moskva Mədəniyyət
Günlərinə yekun vurulacaq. Qeyd edək ki,
dünən Azərbaycan prezidenti İlham Əliyev
“Azərbaycanda Moskva mədəniyyəti günləri”ndə
iştirak etməyə gəlmiş Moskva merinin birinci
müavini, Azərbaycanla Moskva hökuməti arasında
hökumətlərarası iqtisadi komissiyanın
həmsədri Lyudmila Şvetsovanın rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib.
Zaman.- 2007.- 4-5 oktyabr.- S.2.