Tacikistan
fotoqrafları və rəssamlarının
əsərlərindən ibarət sərgi
açılmışdır
Oktyabrın 17-də
ölkəmizdə Tacikistan mədəniyyəti
günləri çərçivəsində “Art-Gallery”
salonunda Tacikistan fotoqrafları və rəssamlarının
əsərlərindən ibarət sərgi
açılmışdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov ekspozisiyanı
açaraq bildirdi ki, əlbəttə, sərgi bugünkü
Tacikistanı, onun mədəniyyətini, məişət
və ənənələrini tam əks etdirmir. Lakin
ekspozisiyada bu ölkədə təsviri sənətin
ümumi mənzərəsini canlandıran olduqca maraqlı
tablolar vardır. Fotolar isə Tacikistan təbiətinin
sözün əsl mənasında, insanı heyran qoyan
mənzərələrini əks etdirir.
Sərginin açılışında Tacikistanın
mədəniyyət naziri Mirzoşoxrux Asrorov
çıxış etdi.
Xalq qəzeti.- 2007.- 18 oktyabr.- S.9.