Tacikistan incəsənət ustaları Ağsuda olmuşlar
Azərbaycanda
Tacikistan mədəniyyəti günlərinin
iştirakçıları oktyabrın 18-də Ağsuya
gəlmişlər.
Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun
rəhbərlik etdiyi nümayəndə heyətinin
tərkibinə nazirliyin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Çaxangir Sadirov, Tacikistan
Televiziya və Radio Komitəsi sədrinin müavini Dilafruz
Amirkulova, Tacikistan Dövlət Filarmoniyasının direktoru
Xakim Sadıxov, "Qudrez" və "Zebo" rəqs
qrupları, "Şaşmokom" və "Falak" milli
musiqi və "Darye" Dövlət ansamblları,
tanınmış opera müğənniləri, tacik
estradasının ulduzları daxil idilər.
Ağsu şəhərindəki Heydər Əliyev adına
mərkəzi meydanda qonaqları rayonun rəhbərləri,
ziyalılar, mədəniyyət işçiləri musiqi
sədaları altında hərarətlə
qarşıladılar. Milli geyimli qızlar qonaqlara
şərbət paylamışlar.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı
Əflatun Rufiyev hörmətli qonaqları salamlayaraq, oxşar
milli dəyərlərə malik iki xalqın tarixi
əlaqələrindən, bir-birinə bənzər
adət-ənənələrindən
danışmışdır. Azərbaycan Prezidenti İlham
Əliyevin Tacikistana bu yaxınlarda etdiyi səfərin hər
iki xalqın bir-birinə daha da yaxınlaşmasında
müstəsna əhəmiyyətini qeyd edən natiq
qarşılıqlı mədəniyyət günləri
keçirilməsinin xüsusi əhəmiyyət
daşıdığını vurğulamışdır. O
məlumat vermişdir ki, gələn il dost ölkədə
Azərbaycan mədəniyyəti günləri
keçiriləcəkdir.
Tacikistan Dövlət Filarmoniyasının direktoru Xakim
Sadıxov dost və qardaş Azərbaycana
gəlişlərinin ilk anlarından mehribanlıq
duyduqlarını, istər Bakıda, istərsə də
Ağsuda hərarətlə
qarşılandıqlarını, ünsiyyətdə
olduqları insanlar tərəfindən onlara isti
münasibət göstərildiyini bildirərək bundan
çox məmnun olduqlarını demişdir. Bu
münasibəti təbii qarşılayan tacik qonaq bunu eyni
dinə, eyni milli-mənəvi dəyərlərə,
oxşar taleyə malik iki dost və qardaş xalqın qədim
tarixə söykənən sıx və qırılmaz
əlaqələri ilə izah etmişdir. Tacikistanda
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin
əsərlərini çox sevirlər, - deyən qonaq
səhər şairin vətəni Gəncəyə
gedəcəklərindən fərəh duyduqlarını
dilə gətirmişdir.
Sonra tacik qonaqlar mərkəzi meydanda müdrik
siyasətçi, görkəmli dövlət xadimi, ulu
öndər Heydər Əliyevin abidəsini ziyarət
etmiş, xalqımızın ümummilli liderinə öz
ehtiramlarını bildirmiş, abidənin önünə
çiçəklər qoymuşlar.
Günün ikinci yarısında tacikistanlı
incəsənət ustaları mərkəzi meydanda zəngin
repertuarlı konsert proqramı ilə çıxış
etmişlər.
Azərbaycan.- 2007.- 19 oktyabr.- S. 6.