Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 29-cu iclası keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin Bakıda keçirilən 29-cu iclasının iştirakçıları oktyabrın 3-də Fəxri Xiyabana gəlmişlər.
Burada qonaqları Milli Məclisin deputatları qarşılamışlar.
Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Komitə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül qoymuşlar.

 

Azər­­­baycan.- 2007.- 4 oktyabr.- S. 4.