Balayeva R.
Kitabxanamız zənginləşir
Çöyçay Rayon MKS-nin tərkibində 63 kitabxana bunlardan 2 uşaq, 2 şəhər, 1 gənclər, 1 mərkəzi kitabxana, 57 kənd kitabxanası fəaliyyət göstərir. Həmin müəssisələrdə 19 nəfər ali təhsilli, 80 nəfər orta ixtisas təhsilli, 44 nəfər orta təhsilli kadrlardır.
Rayon üzrə kitab fondu 419130 nüsxə, oxucuların sayı 33712 nəfər olmuşdur. Mərkəzi kitabxananın abonent şöbəsi oxuculara xidmət edərək onları hərbi vətənpərvərliyə, milli mənəvi dəyərlərə yiyələnməyə, oxucuların estetik tərbiyəsinə rəhbərlik etməyi öz qarşısına məqsəd qoyur. Mərkəzi kitabxanada oxucuları kitabxanaya cəlb etmək üçün, kitabxanada yeni ədəbiyyat sərgiləri, mövzu sərgiləri təşkil olunmuş, oxucu konfransları, ədəbi-bədii gecələr, görüşlər və mühazirələr keçirilmişdir.
Mərkəzi kitabxanada Xocalı fəryadı, S.Vurğunun 100 illiyi, S.Rüstəmin 100 illiyi ilə əlaqədar "Şair, nə tez qocaldm sən", "Cənnət görmək istəyən Azərbaycana gəlsin" başlıqları altında poeziya gecəsi, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə musiqili tədbir, xalqımızın milli bayramlarından biri olan Novruz bayramı münasibətilə "Xonçalı Novruz" bayram şənliyi, "Tarixə dönmüş ömür" - Ümummilli liderimiz H.Əliyevin xatirəsinə həsr olunmuş tədbir, faşizm üzərində qələbənin 62-ci ildönümü ilə əlaqədar Göyçay müharibə veteranları ilə görüş, Vidadi Babanlının 80 illiyi ilə əlaqədar poeziya gecəsi, M.S.Ordubadinin l35 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi, "Qılınc və qələm" əsərinin müzakirəsi, Almaz İldırımın 100 illiyi ilə əlaqədar "Azərbaycanın didərgin salınmış övladı" adlı tədbir keçirilmişdir.
Fondumuzda
cəmi 41 min nüsxə latın qrafıkalı ədəbiyyat var.
Bunlardan 36785 nüsxəsi Prezident sərəncamı ilə
alınan kitablardır. 2007-ci ildə 4819 nüsxə kitab
alınıb. Kitabxananın latın qrafikalı ali məktəb
dərsliklərinə, təbiət, tibb elmlərinə, texniki
ədəbiyyatlara ehtiyacı var. Kitabxanada Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması
haqqında" 20 aprel 2007-ci il tarixli sərəncamı
kitabxana işçilərinin böyük sevincinə
səbəb olmuşdur. Bu fərman kitabxana işinə dair
çox böyük əhəmiyyət kəsb edir. Fərmanda
kitabxana işinin bütün sahələrinə
dövlət qayğısı var. Kitabxana
işçiləri bu sərəncamla əlaqədar cənab
Prezidentə öz təşəkkürünü bildirir.
Mədəni-maarif.- 2007.- № 8.- S. 34.