Azərbaycan ilə İsveçrə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişlənir

 

AzərTAc xəbər verir ki, oktyabrın 8-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal Departamentinin rəhbəri, nazir Maritz Leunberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının əsas istiqamətləri barədə məlumat verilmiş, regional informasiya zonaları haqqında qanun layihəsinin hazırlandığı diqqətə çatdırılmış, ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər "Elektron hökumət" layihəsinin həyata keçirilməsinin hazırkı vəziyyətini və qarşılıqlı təcrübə mübadiləsinin perspektivlərini müzakirə etmişlər.

 

Azərbaycan.- 2007.- 9 oktyabr.- S.7.