Dünya informasiya agentliklərinin qurultayı
Oktyabrın 24-də
İspaniyanın Estepona şəhərində dünya
informasiya agentliklərinin II qurultayı
açılmışdır.
Qurultayın işində dünyanın 90 informasiya
agentliyini təmsil edən 180 nümayəndə
iştirak edir. Bu tədbirdə Azərbaycanı
AzərTAc-ın baş
direktoru Aslan Aslanov və agentliyin əməkdaşı
Nazim Xıdırov təmsil edirlər.
İspaniya Kralı I Xuan
Karlos forum iştirakçılarına
təbrik nitqi ilə müraciət etmişdir.
Qurultayı Ümumdünya İnformasiya
Agentlikləri Assosiasiyasının
prezidenti Ufe Sorensen açmışdır.
Qurultayda Ərəb İnformasiya Agentlikləri
Federasiyasının (FANA) baş
katibi Fərid Əyyar, Röyter İnformasiya Agentliyinin direktoru Maykl Lourens, Kolumbiya Universitetinin professoru İqnasio Qomes və başqaları çıxış etmişlər.
Forum iştirakçıları
informasiya agentliklərinin
və texnoloji inkişafın gələcəyi,
piratlığa qarşı
mübarizədə səylərin
birləşdirilməsi, iri
tədbirlərdə iştirak
etmək hüququ və münaqişə zonalarında jurnalistlərin
təhlükəsizliyi məsələlərini
müzakirə edirlər.
Respublika.- 2007.- 26 oktyabr.- S.4.