Əliyev Q.
Beynəlxalq arenada
Prantın yeni nailiyyəti
PRANT”
Beynəlxalq İnformasiya Agentliyi Londonda “Beynəlxalq
Keyfiyyət Tacı” mükafatına layiq görülüb
Beynəlxalq arenada respublikamızın nüfuzunun
günü-gündən artması, ölkə
iqtisadiyyatının inkişafı Azərbaycan
Respubliksının Prezidenti İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət
xəttinin nəticəsi olaraq qəbul edilməlidir.
Dövlət rəhbərliyinin sahibkarlıq sektoruna xüsusi
diqqət ayırmasının nəticəsi olaraq,
beynəlxalq miqyasda bütövlükdə Azərbaycana
və həm də ölkədə fəaliyyət
göstərən və artıq onun hüdudlarından
kənarda tanınan müxtəlif profilli qruplara diqqətin
artması müşahidə olunmaqdadır.
Respublikada özəl sektorun fəal
nümayəndələrindən birinə çevrilən,
son 10 ildə Azərbaycanda daşınmaz əmlak
sahəsində müvəffəqiyyətlə
çıxış edən “Prant” Agentliyi bütün bu
müddət ərzində sabit olaraq həmin sahədə
öz birinciliyini qoruyub saxlamağa müvəffəq
olmuşdur. Bu agentlik daim yüksələn xətt
üzrə inkişaf edir və həmişə yüksək
nəticələr və gözəçarpan
nailiyyətlər nümayiş etdirir.
İqtisadi inkişafın məntiqi nəticəsi olaraq
keyfiyyət göstəricisinin ön plana çıxması
mənzillər, yaşayış və kommersiya
təyinatlı binalarla bağlı xidmətlər təklif
edən daşınmaz əmlak agentliklərinin
məsuliyyətini artırmışdır. Məhz
keyfiyyəti rəhbər tutaraq hərtərəfli
xidmətlər təklif edən şirkətlərdən bu
gün ən qabaqcıl Ağa-Daim Ələkbərovun 1997-ci
ildə təsis etdiyi və bu günədək
rəhbərliyini həyata keçirdiyi “PRANT” Beynəlxalq
İnformasiya Agentliyidir. “Prant” Agentliyi yarandığı
gündən etibarən A. Ələkbərovun seçdiyi
düzgün iqtisadi strategiyaya əsaslanaraq, respublikamızın
daşınmaz əmlak bazarında aparıcı mövqe
tutmağa, ticarət markasını öz keyfiyyəti ilə
tanıtmağa çalışmışdır.
Məhz keyfiyyətli xidmətin nəticəsidir ki,
sentyabrın 23–24-də London şəhərində binzes
dünyasında tanınmış qurumun – BİD-in (Business
İnitiative Directions) növbəti iclasında “Prant”
şirkəti “Beynəlxalq Keyfiyyət Tacı”
mükafatına layiq görülmüşdür. Dünya
ölkələrindən mötəbər
şirkətlərin, nüfuzlu iş adamlarının,
keyfiyyət üzrə ekspertlərin də iştirak etdiyi bu
tədbirdə qaliblər 100 müxtəlif keyfiyyət
meyarına uyğunluğa görə səsvermə yolu
ilə seçilmişdir. Bunlar arasında “Daima müştəriləri
dinləmək və onların istəyini öyrənmək”,
“Liderlik və daxili ünsiyyət sisteminin inkişafı”,
“Yeni texnologiyanı mənimsəmək üçün təlim
görmə” və sair meyar vardır. Qeyd edək ki, BİD-in
laureatları arasında Rusiyanın ən böyük
üç şirkətindən biri olan,
işçilərinin sayına görə isə (600 min)
birinci olan “RAO EGS” şirkəti, dünyanın ən uca
göydələni olacaq “Burc Dubay Qülləsi”nin tikintisi
ilə məşğul olan “Turner Construction” və s. dünya
şöhrətli şirkətlər var. A.
Ələkbərov deyir ki, “Prant” şirkətinin layiq
görüldüyü bu mükafat ictimaiyyətə
göstərilən xidmətin, peşəkar
fəaliyyətin nəticəsi kimi qəbul edilməlidir. Onun
sözlərinə görə, şirkətin bu
mötəbər mükafatı qazanması təkcə
agentliyin uğuru deyil, həmçinin dövlətin
sahibkarlara və iş adamlarına göstərdiyi
qayğının nəticəsidir. Göstərilən
xidmətin səviyyəsinə görə təqdim edilən
bu mükafat işin keyfiyyətini daha da
yüksəltməyə stimul verir.
Onu da deyək ki, bu, “Prant”ın beynəlxalq
səviyyədə ilk nailiyyəti deyil. Hələ 2004-cü
ildə “Prant” Agentliyi İtaliyada beynəlxalq mükafata –
“Yüksək keyfiyyətə və nüfuza görə
Qızıl Ulduz” mükafatına layiq
görülməklə ictimaiyyətin diqqətini cəlb
edə bilmişdir. 2006-cı ildə İsveçrənin
Sürix şəhərində “Nüfuza və
keyfiyyətə görə lider” adlı beynəlxalq
mükafatı və Parisdə isə bu beynəlxalq
mükafatın “Qızıl Medal”nı qazanmışdır.
2007-ci il agentlik üçün xüsusilə
əlamətdar olub. Şirkət 2007-ci il fevral ayının
18– 19-da Almaniyanın Frankfurt şəhərində
Avropanın keyfiyyət prinsipləri əsasında
əvvəlki illərdə bu mükafata layiq
görülmüş şirkətlərin rəyi
nəzərə alınmaqla, BİD (Business İnitiative
Directions) tərəfindən keyfiyyətli xidmət və
yüksək iş texnikasına görə “Beynəlxalq
qızıl medal” ilə təltif edilmişdir.
Liderlərə liderlər tərəfindən təqdim
edilən bu nüfuzlu mükafat 17 media orqanı
tərəfindən
işıqlandırılmışdır. Bu beynəlxalq
və yüksək səviyyəli mükafatlandırılma
mərasimində dünyanın Azərbaycanın yeganə
təmsilçisi kimi “Prant” Agentliyi iştirak etmişdir.
Sentyabrın 23–24-də isə şirkət, artıq yuxarıda
qeyd etdiyimiz kimi, “Beynəlxalq Keyfiyyət Tacı”
mükafatına layiq görülmüşdür. Agentliyin
rəhbəri A. Ələkbərovun sözlərinə
görə, “Prant”ın əldə etdiyi nailiyyətlər
və mükafatlar onun beynəlxalq aləmdə nüfuzunun
artmasına xidmət etməklə yanaşı, həm də
Azərbaycanın etibarlı tərəfdaşı olaraq onun
iqtisadi potensialının bir növ reklamı kimi qəbul
olunmalıdır.
Bu gün “Prant” Agentliyi öz statusunu təkcə
Azərbaycanın daşınmaz əmlak bazarında deyil,
həm də onun hüdudlarından kənarda, dünya
dövlətlərinin tanınmış təşkilat və
şirkətləri ilə birgə apardığı
fəaliyyət zəminində təsdiq etməkdədir.
Belə ki, ABŞ–Azərbaycan Ticarət Palatasının
və bir sıra digər nüfuzlu qurumların üzvü
olan “Prant” Agentliyi geniş beynəlxalq əlaqələrə
malikdir, məhz bu əlaqələrdən istifadə
etməklə öz sifarişçilərinə
respublikamızdan kənarda da daşınmaz əmlakın
alınması və icarəyə götürülməsi
üzrə xidmətlər təklif edir. Bu baxımdan
ABŞ–Azərbaycan Ticarət Palatasının 10 illiyi
münasibəti ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iştirakı ilə 27 aprel
2006-cı ildə Vaşinqtonda keçirilən və
Azərbaycanın iqtisadi inkişafının perspektivi
məsələlərinə həsr edilmiş konfransa
agentliyin prezidenti A. Ələkbərovun dəvət
olunması heç də təsadüfi hal deyildir. Yeri
gəlmişkən qeyd edək ki, 2006-cı ildə xalqlar
və dövlətlər arasında dostluq
münasibətlərinin inkişafında agentliyin
oynadığı rola görə “Ümumdünya Sülh
Federasiyasının və Dünya Sülh Naminə
Dinlərarası və Beynəlxalq Federasiyanın”
qərarı ilə “Prant” Agentliyinin təsisçisi A. Ələkbərov
“Sülhməramlı səfir” fəxri adına layiq
görülmüşdür.
Agentliyin fəaliyyəti dəfələrlə
mötəbər nəşrlərdən
olan “New York Post”, “Weekly Telegraph”, “Actualidad”, “The British Chambers of Commerce”,
“Impressions”, “IN Baku”, “Consulting & Business”, “USACC Business
Directory” “4 AM For All Markets” kimi qəzet və biznes-jurnallarda işıqlandırılmışdır.
Son zamanlar Azərbaycanın
iqtisadiyyatında müşahidə
edilən pozitiv inkişaf meylləri iqtisadiyyatımıza yönəldilən
xarici investisiyaların
həcminin gözə
çarpan dərəcədə
artmasına, yeni iqtisadi layihələrin planlaşdırılmasına və
icrasının başlanılmasına
səbəb olmuşdur.
Müasir şəraitdə daşınmaz əmlakla bağlı göstərilən
yeni xidmətlərin kəmiyyət və keyfiyyət tərəflərinə
diqqətin artdığı
bir zamanda “Prant” Agentliyi yüksək meyarlara cavab verə biləcək beynəlxalq
standartlara uyğun
universal xidmətlər təklif
edə bilən bir quruma çevrilmişdir.
Agentliyin 100 mindən artıq daşınmaz əmlak haqqında informasiyanı özündə
cəmləşdirən məlumat
bazasında əmlakın
müxtəlif sahələri,
şəhərin mərkəzində
və Bakı şəhərinin bütün
rayonlarında Avropa və Şərq üslubunda dizayn edilmiş yaşayış
binaları, torpaq sahələri, kommersiya yönümlü daşınmaz
əmlakın digər
növləri də daxildir. Agentliyin təqdim etdiyi xidmətlər sırasına
daşınmaz əmlakın
alqı-satqısı və
icarəsi ilə əlaqədar olan xidmətlərdən əlavə,
yüksək gəlirli
investisiya layihələri
sahəsində təkliflər,
bu layihələrin reallaşdırılması ilə
bağlı iqtisadi və maliyyə imkanlarının araşdırılması
istiqamətində işlər,
yüksək keyfiyyətli
hüquqi, menecment, təmir-tikinti, kommunal, dizayn işləri üzrə xidmətlər
daxildir. Agentlik sifarişçilər üçün
daşınmaz əmlakla
bağlı məsələləri,
zəruri hallarda bütünlüklə mürəkkəb
kompleks sövdələşmələri
həyata keçirməklə
də məşğuldur.
“Prant” şirkətinin
əsas devizi: “Hər müştəriyə
fərdi və keyfiyyətli yanaşma”dır.
Məhz buna görə də məlumat bazasında agentliyə sahibləri tərəfindən
ekslüziv təqdim edilən mənzillər və obyektlər mövcuddur.
Sivil bazar prinsiplərini təbliğ
edən Agentlik təsis olunduğu andan, daşınmaz əmlak bazarında məlumatların, texnologiyaların
və s. iş təcrübəsinin mübadiləsi
üçün daim açıqdır. Bunun nəticəsidir ki, hazırda Bakıda fəaliyyət göstərən
beynəlxalq təşkilatların
nümayəndəlikləri, xarici diplomatik missiyalar, BP, BJ, “Mcdermott”, “Shevron”, “Siemens”, “TTE Petrofac”,
“Briggs Marine”, “Fircroft”, “Moody İnternational”, “PCH Offshore”, “KSA Deutag”, CNLC, “Swiss Corporation” və
digər bu kimi transkontinental korporasiyalar şirkətin
xidmətlərindən istifadə
edənlər sırasındadır.
Xalq qəzeti.-2007.-
3 oktyabr.- S.7.