Elmi-Bərpa Muzeyinin 50 illik yubileyi qeyd olundu

 

Əbülfəs Qarayev: Mərkəz bu günə qədər 9 mindən artıq abidəni bərpa edib"

 

Dünən Muzey Mərkəzində Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzlərinin 50 illik yubileyi qeyd olundu. "Xilas olunmuş gözəllik" adı altında keçirilən tədbirdə eyniadlı kitab da təqdim olundu. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tərdbirdə iştirak edən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev mərkəzin gördüyü işlər barədə danışaraq bu mərkəzin digər elmi mərkəzlərdən fərqləndiyini bildirdi: "Mərkəz uzun müddət çətin vəziyyətdə maliyyə sıxıntısı içində fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər 9 mindən artıq abidə bərpa edib. Bu, mərkəz işçilərinin Azərbaycanın qədim mədəni abidələrinə hörmətlə yanaşmasından xəbər verir. Bütün vəziyyətlərdə onlar öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacarır". Sonra söz Elmi-Bərpa Muzeyinin direktoru Zərifə Məlikovaya verildi. O, muzeyin 50 illik ömür yollarından söhbət açaraq muzeydə yenə minlərlə bərpaya ehtiyacı olan eksponatların olduğunu vurğuladı.
   Tədbir iştirakçıları sonra səgri salonuna daxil oldular. 5 salondan ibarət olan sərgidə 200-dən artıq eksponat nümayiş olundu.

 

Üç nöqtə.- 2007.- 10 oktyabr.- S. 13.