Əsgərova H.
Muzeylərin tarixi və
tərbiyəvi əhəmiyyəti
Muzey sözü (latınca "Muzeum', yəni muzalara həsr edilmiş yer, muzalar məbədi deməkdir. Muzeylər ilk dəfə e.ə. XVI əsrdə Kritdə, e.ə. XIII-XII əsrlərdə Çində, e.ə. VII əsrdə Nivejiyada, əsasən saraylarda sənədlər, şəhadətnamələr və estetik qiymətə malik əşyalar kompleksi şəklində, həmçinin e.ə. III əsrdə qədim Yunanıstanda və Romada məbədlərin və bəzi şəxslərin kollesksiyaları şəklində meydana gəlmişdir.
Həmin muzeylərdən biri də Göyçay Tarix-Diyarşünaslıq Muzeyidir. Bizim muzey 1984-cü ildən fəaliyyətə başlamış və minlərlə tamaşaçının marağına səbəb olmuşdur. Digər muzeylər kimi GTDM-yi də maddi mədəniyyət abidələrinin kompleksləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişin həyata keçirilməsi işi ilə uğurla məşğul olur. Hal-hazırda muzeyimizdə sayı 6000-ə qədər eksponat toplanmışdır. Tarixi və orijinallıq, mövzu cəhətdən bir-birindən fərqlənən eksponatların sayının gündən-günə artması və tamaşaçılarda maraq oyatması muzey işçilərinin fədakar əməyinin nəticəsidir.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi kütləvi tədbirlərin həyata keçirilməsində də fəal iştirak edir. Həmin tədbirlərdən biri də may ayının 19-da keçirilən "Muzeylər gecəsi" aksiyasıdır.
Muzey keçmişimizi işıqlandıran ocaqdır. Burada tarixən qədim, dərin məzmunlu, təhlilə ehtiyacı olan eksponatlarla yanaşı, müasir tarixə malik əşyalar, məlumatlar da nümayiş etdirilir.
Mədəni irsimizin, tarixi abidələrimizin, nadir sənət incilərimizin, bir sözlə, tarixin qorunub saxlanmasında, gələcək nəsillərə çatdırılmasında muzeylərin rolu əvəzolunmazdır. Bu baxımdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 mart 2007-ci il tarixdə verdiyi "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamı respublikamızda muzey işinin, muzey mədəniyyətinin daha da yüksəldilməsi və inkişaf etdirilməsi işinə dövlət qayğısının parlaq təzahürüdür.
Muzeylər tariximizi qoruyub saxlayan, gələcək nəsillərə
çatdıran bir məkandır. Orada tarixin müxtəlif
olaylarında baş verən hadisələrlə
tanış olur, xalqın mədəni həyatıyla yaxından
xəbərdar olursan.
Çox təəssüflə
qeyd etməliyik ki, Ermənistan, Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
respublikamızda muzeylərin
inkişafına ağır
zərbə vurmuşdur. Erməni qəsbkarları tərəfindən işğal
olunmuş ərazilərdə
20-dən artıq tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey qoruqlar
dağıdılmış, muzey fondlarında mühafızə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə
qarət edilmişdir.
Bütün bunlara baxmayaraq, Azərbaycanda bu gün muzey
işinin inkişaf etdirilməsi istiqamətində
lazımi tədbirlər
görülür. Zəngin
ekspozisiyaya malik GTDM-də keçirilən
"Muzeylər gecəsi"
aksiyasının böyük
tərbiyəvi əhəmiyyəti
vardır. Muzeylər əsl tərbiyə ocağı olub məktəblilərin muzeyə
marağını artırır,
onların dünya görüşünün formalaşmasına
kömək edir, gələcəyə inam
yaradır və vətənpərvərlik hissini
gücləndirir.
GTDM-də yaradılmış yeni ekspozisiya "Muzeylər gecəsi" tədbirində nümayiş etdirilərək, böyük mədəniyyətə, incəsənətə, mənəvi dəyərlərə sahib olan xalqımızın həyatında muzeylərin tərbiyəvi əhəmiyyətini bir daha sübut edir. Bu tədbir muzey işçilərinin mədəniyyət bayramı kimi yadda qalacaqdır.
23 aprel 2007-ci il tarixdə 9 rayon üzrə Şamaxı rayonunda keçirilən kollegiya iclasında hörmətli nazirimiz Əbülfəs Qarayev lazımi tövsiyələrini vermişdi.
Biz muzey işçiləri
2007-ci il mart ayının 6-da hörmətli
İlham Əliyevin
"Muzey işlərinin
yaxşılaşdırılması haqqında" sərəncam
ürəyimizcə oldu.
Mədəni-maarif.- 2007.- № 9.- S. 43.