Xatun

 

«Ensiklopediyada çoxlu səhv tapılıb»

 

Xəzər İbrahim deyir ki, məlumat kitabçasında bir sıra təhrif edilmiş məlumatlar olub

 

Britaniya  ensiklopediyasında  Qara Qarayevin erməni bəstəkar kimi göstərilməsi ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi ciddi iş aparır. XİN-in əməkdaşı Xəzər İbrahiın bildirib ki. Britaniya ensiklopediyası ABŞ-da çap olunur: "Britaniya ensiklopediyasının nümayəndələri bizim səfirliyimizə abunə olmaq barədə müraciət etmişdilər. Səfirlik ilkin baxış zamanı ensiklopediyada çoxlu sayda qərəzli məlumatlar tapmışdı.

Məlum olmuşdıı ki, ensiklopediyada təkcə Qara Qarayevlə bağlı deyil, Azərbaycanla bağlı bir sıra təhrif olunmuş məlumatlar gedib. Region barədə məlumatlar erməni mənşəli məşhur Amerika alimi tərəfindən verilib. O vaxt bizim səfirlik məsələyə etirazını bıldirmişdi ki, ensiklopediyadakı səhvlər aradan qaldırılmasa ona abunə olmaq mümkün deyil. Hazırda sədirliyimiz Qara Qarayevlə bağlı lazımi işlər görür. Bunun üçün ensiklopediyanı buraxan şirkətə müraciət ediblər. Əgər bu müraciət müsbət cavablanmasa, biz müvafiq addımlar atacağıq".

Qeyd edək ki, dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevi erməni bəstəkar kimi təqdim edən rusiyalı tarixçi səhvini etiraf edib. Tarixçi bildirib: "Mənim kitabım haqqında fikirlərinizə və aşkar etdiyiniz səhvi göstərdiyinizə görə sizə təşəkkür cdirəm. Qara Qarayev, şübhəsiz ki, Azərbaycan bəstəkarıdır. Kitabımını 3-cü nəşrində yol verdiyim səhvi düzəltməyə çalışacağam".

 

Ayna.- 2007.- 4 sentyabr.- S. 8.