Yusifova S.

 

Balakənin mədəniyyət dünyası yeni turizm obyektləri ilə zənginləşir

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, onun sadiq davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən mədəniyyət siyasəti bu gün çiçəklənən Azərbaycanın böyük misilsiz uğurlarının parlaq təzahürünə çevrilmişdir. Prezident İlham Əliyevin böyük önəm verdiyi turizmin inkişaf etdirilməsi strategiyası da formalaşır.
Heydər Əliyev xalqımızın tükənməz intellektual mənəvi qüvvələri, səyləri, nəcib arzu əməllərinin timsalı olan möhtəşəm imarətin, müstəqil milli dövlətimizin memarı yaradıcısıdır. Görkəmli dövlət xadimi kimi tanınan bu böyük insan bütün mənalı ömrünü dövlətçiliyimizin möhkəmlənməsinə, mədəniyyətimizin incəsənətimizin çiçəklənməsinə həsr etmişdir. Mədəniyyətimizin gələcək inkişafı məsələlərində o, daim gəncləri düşünür, xalqın əvəzsiz mədəni irsinin layiqli əllərə tapşırılmasını arzu edirdi. Bu gün həmin arzular çiçəklənməkdədir.
Balakən rayonu təkcə öz zəngin mürəkkəb coğrafi şəraiti ilə deyil, həm mədəni-mənəvi dünyasının özünəməxsusluğu, eləcə maraqlı turizm obyektləri ilə digər bölgələrdən fərqlənir.
Balakən Rayon Mədəniyyət Turizm Şöbəsi bu gün geniş şəbəkəni özündə birləşdirir. Həmin şəbəkəyə bir rayon, 18 kənd mədəniyyət evi, 17 klub, MKS 49 kənd kitabxana filialı, Bülbül adına uşaq incəsənət musiqi məktəbləri, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət istirahət parkı, kinoteatr daxildir.
Rayonda turizmin dağ turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Burada dövlət qeydiyyatına götürülmüş 27 tarix mədəniyyət abidələri mövcuddur. Abidələrdən 9-u ölkə, 17-si isə yerli əhəmiyyətlidir. XVIII–XIX əsrlərdə inşa edilmiş minarəli məscid kompleksi öz quruluşuna görə nəinki Azərbaycanda, hətta bütün Qafqazda nadir islam mədəniyyəti incilərindəndir. Kompleksdəki Qafqazda analoqu olmayan 45 metr hündürlüyü olan minarə öz ilkin memarlıq nümunələrini, gözəllik möhtəşəmliyini yüz illərdir ki, qoruyub saxlayır.
Rayondakı Katex şəlaləsi, 3648 metr yüksəkliyi olan Quton zirvəsi, Qubək yaylaq massivi, Quton Tinov-Rosso zirvələrinin ətəklərindən başlayan alp çəmənliklər, dağ yamaclarında, qayalıqlarda tikilmiş çoxlu sayda alban atəşpərəstlik abidələri dağ turizmini inkişaf etdirmək üçün potensial imkanlar yaradır şöbə bu istiqamətdə tədbirlər həyata keçirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006- il aprelin 12- Balakənə gəlişindən sonra rayonun təkcə sosial-iqtisadi həyatında deyil, mədəniyyət sahəsində əsaslı yüksəlişin təməli qoyulmuşdur. Prezidentin şəxsi təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına daxil edilmiş tədbirlərin bir çoxu mədəniyyət turizm sahəsini əhatə edir. Rayon mədəniyyət evinin əsaslı təmirinin Mədəniyyət Turizm Nazirliyinə həvalə edilməsi, minarəli məscidin əsaslı təmir edilməsi, uşaq kitabxanasının təmiri yeni avadanlıqla təchiz edilməsi mədəniyyətin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bunlardan ikisininuşaq kitabxanasının məscidin təmiri artıq başa çatmışdır. Mədəniyyət turizm istiqamətində tikinti sahəsi üzrə ən böyük uğurlarımızı göstərən faktlardan daha bir neçəsini qeyd edək. Bu faktlar Prezidentin gəlişindən sonra tarix-diyarşünaslıq muzeyi mərkəzləşdirilmiş kitabxana sistemi üçün yeni, müasir binaların tikilib istifadəyə verilməsi, monumental, müasir memarlığın ən son nailiyyətlərini özündə əks etdirən Heydər Əliyev muzeyinin inşasına başlanmasıdır. Hazırda muzeyin tikintisində son tamamlama işləri aparılır. Bütün yenidənqurma, bərpa tikinti işləri rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun daim diqqət mərkəzindədir.
Qeyd edildiyi kimi mədəniyyətimizin inkişafı gənclərlə, onların ictimai-siyasi həyatda fəal mövqe tutması ilə bağlıdır. Respublikamızda 2007-ci ilinGənclər ilielan edilməsi Mədəniyyət turizm şöbəsi ilə Gənclər İdman İdarəsinin birgə işini yeni müstəviyə qaldırmışdır. Mədəniyyət turizm şöbəsinin müdiri Ruqiyyə Seyidovanın təşəbbüsü ilə hazırlanmış təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq iyunun 20-dən etibarən rayonun inzibati mərkəzini əhatə edən, ümummilli lider Heydər Əliyevin adını daşıyan bağ-xiyabanda mütəmadi olaraq istirahət əyləncə axşamları keçirilməsinə başlanılmışdır. Həmin axşamlarda rayon kənd mədəniyyət evlərinin mahnı rəqs ansambllarının, tamaşaçılar içərisindən öz qabiliyyətini, məharət bacarığını nümayiş etdirmək istəyən həvəskarların, hətta, respublikanın tanınmış incəsənət söz ustalarının canlı çıxışları səslənmişdir.
Sentyabrın 19-da “Gənclər iliçərçivəsində respublikanın Gənclər İdman Nazirliyi tərəfindən keçirilənMən Azərbaycan vətəndaşıyamdevizi altında BakıBalakən marşrutu üzrə hərəkət edən təşviqat avtobusu öz işini rayonumuzda yekunlaşdırmışdır. Təşviqat avtobusunda gələn nümayəndə heyətini Mədəniyyət turizm şöbəsinin, eləcə Gənclər İdman İdarəsinin məsul işçiləri, tanınmış ziyalılar, gənclərdən ibarət dəstələr bu yaxınlarda istifadəyə verilmişQoşa qalaqapısında qarşılamış, bu nəcib təşəbbüsə qoşulmuşlar.
Tədbiri rayon gənclər idman idarəsinin rəisi Rasim Paçalov açıq elan etdikdən sonra Gənclər İdman Nazirliyinin bölmə müdiri Əli Məmmədov toplaşanları salamlamış, onları nazirlik adındanGənclər ilimünasibətilə təbrik etmişdir. Nümayəndə heyətinin tərkibində olan Gənclər İdman Nazirliyinin məsul işçisi Elçin Nəcəfov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov ürək sözlərini söyləmişlər. Axırda yerli musiqi həvəskarları ilə birgə, təşviqat avtobusu ilə gəlmiş incəsənət ustaları geniş, rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Balakən rayonu yerli icra orqanlarının çoxşaxəli fəaliyyəti dövlət başçımızın daimi qayğısı nəticəsində turizm bölgəsinə çevrilir.
Balakən Rayon Mədəniyyət Turizm Şöbəsinin inspektoru

 

Xalq qəzeti.- 2007.- 27 sentyabr.- S. 4.