Tbilisidə turizmlə
bağlı beynəlxalq
konfrans işə başlamışdır
Sentyabrın 25-də Tbilisidə
"Turizm sahəsində
strateji kommunikasiyalar"
mövzusunda beynəlxalq
konfrans açılmışdır.
Konfransın təşkilatçıları
BMT-nin Dünya Turizm Təşkilatı və Gürcüstan Turizm və Kurortlar Departamentidir. Beynəlxalq konfransın işində dünyanın
müxtəlif ölkələrindən
nümayəndələr iştirak
edirlər. Gürcüstanın
Baş naziri Zurab Noğaideli konfransın açılış
mərasimində iştirak
etmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də konfransın iştirakçıları
arasındadır. Ə.Qarayev konfransdan əvvəl Tbilisidə N.Nərimanov və C.Məmmədquluzadənin ev
muzeylərinə baş
çəkdiyini, Azərbaycan
Dövlət Dram Teatrının durumu ilə tanış olduğunu bildirmişdir. Nazir vəziyyətin onu qane etmədiyini
demiş, Gürcüstan
rəsmiləri ilə
görüşü zamanı
məsələ qaldıracağını
bildirmiş, yaxın gələcəkdə tədbirlər
görüləcəyini diqqətə
çatdırmışdır.
Konfrans barədə danışan nazir, beynəlxalq tədbirdə
turizmlə bağlı
təhsilin təşkili,
peşəkarlığın artırılması və
s. məsələlərin
müzakirə olunduğunu
bildirmişdir. Ə.Qarayev Dünya Turizm Təşkilatının
dəstəyi ilə Azərbaycan, Gürcüstan
və İpək yolu üzərində yerləşən digər
ölkələrin birgə
informasiya-kommunikasiya xətləri
çərçivəsində birləşməsi və
turizm imkanları potensialının təbliğatı
məsələsinin ön
plana çəkildiyini
vurğulamışdır. BMT-nin İnkişaf Proqramı Azərbaycan nümayəndəliyinin
turizm layihəsinin milli əlaqələndiricisi
Faiq Qürbətov konfransın təcrübə
mübadiləsi baxımından
uğurlu olduğunu, Azərbaycanda dövlət
səviyyəsində turizmin
inkişafına qayğı
göstərildiyini, Mədəniyyət
və Turizm Nazirliyinin bu istiqamətdə uğurlu
işlər apardığını
qeyd etmişdir.
Azərbaycan.- 2007.-27
sentyabr.-S.6.