Mükərrəmoğlu M.
Azərbaycanda turizmin
inkişafının böyük
perspektivləri vardır
Son
dövrlərdə Azərbaycanın hərtərəfli
inkişafı onun dünya ölkələri sırasında
mövqeyinin yüksəlməsinə təkan vermişdir. Azərbaycan postsovet
ölkələri sırasında
qabaqcıl dövlətə
çevrilmişdir.
Ölkə iqtisadiyyatında neft sektoru ilə
yanaşı, qeyri-neft
sektoruna da xüsusi diqqət göstərilməsi lazımi
nəticələrini verir.
Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunda turizm özünəməxsus rol
oynayır. Məhz bu
səbəbdəndir ki,
son illərdə prioritet
sahə kimi turizmin inkişafı dövlətin diqqətindədir.
Bunun üçün dövlət
müxtəlif istiqamətlərdə
müvafiq işlər
aparır. Bunlar arasında ilk olaraq
“2007–2016-cı illər üçün
turizmin inkişafına
dair Dövlət Proqramı”nın işlənib hazırlanmasını
qeyd etmək lazımdır. Turizmin iqtisadiyatın aparıcı
sektoru kimi qəbul edilərək turizm investisiyalarının
milli inkişafa dəstək verə biləcək qədər
artırılması və
2016-cı ildə 5 milyon
turistin, 600 milyon
ABŞ dolları məbləğin
və 150000 yataq yerinin təmin edilməsi proqramın əsas məqsədi kimi müəyyən
edilmişdir. Turizm sahəsində
müxtəlif qanunlar
və digər normativ aktlar qəbul edilmiş, mövcud qanunlara və digər normativ hüquqi sənədlərə əlavə
və dəyişikliklər
edilmişdir. Proqramda
turizmin inkişafı
üzrə layihələrin
hazırlanması və
həyata keçirilməsi
mexanizminin müəyyən
edilməsi, turizm sahəsində investisiyaların
qorunması üzrə
əlavə tədbirlərə
dair, habelə turizm sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində
qanunvericiliyin yaradılması,
Turizm üzrə Milli Təlim Mərkəzi (bundan sonra– TMTM) haqqında qanunvericiliyin işlənib
hazırlanması, beynəlxalq
səviyyədə Azərbaycanın
turizm məhsulunun reklamı və marketinqi üçün vəsaitlərin ayrılmasına
və istifadəsinə
dair normativ-hüquqi bazanın yaradılması,
Mədəniyyət və
Turizm Nazirliyinin yerli bölmələrində
turizm üzrə mütəxəssis vəzifəsini
nəzərdə tutan
aktın qəbul olunması, ”Azərbaycan Respublikasında mehmanxana və ona bərabər
tutulan yerləşdirmə
xidmətlərinin göstərilməsi
qaydaları"na və
digər məsələlərə
dair qanunvericiliyin yaradılması, həmçinin
bir çox digər tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur.
Proqram çərçivəsində
turizmin inkişafına
tələb olunan sərmayə qoyuluşunun
həcminin öyrənilməsi
və yeni layihələrin təklif
edilməsi, turizm sahəsi üzrə maliyyə mənbələrinin
axtarılması, tapılması,
bu maliyyə vəsaitlərinin turizmə
sərf edilməsi istiqamətində tədbirlərin
görülməsi, dövlət
mülkiyyətində qalan
sanatoriya obyektlərinin,
eləcə də sanatoriya tipli digər rekreasiya obyektlərinin özəlləşdirilməsi
və bu sahəyə sərmayələrin
cəlb olunması, ailə kəndli təsərrüfatlarına, habelə
kənd yaşıl turizmi ilə qanunvericiliyə uyğun olaraq məşğul olan və ya
olmaq istəyən şəxslərə kredit
verilməsi sisteminin hazırlanması və s.
tədbirlərin həyata
keçirilməsi planlaşdırılır.
Hazırda turizmin inkişaf
etdirilməsi istiqamətində
xüsusi diqqət regionlarda turizm imkanlarının artırılmasına
yönəldilir. Bununla əlaqədar
olaraq, turizm potensialına malik regionlarda turizm infrastrukturlarının inkişaf
etdirilməsi, yerləşdirmə
obyektlərinin fəaliyyətinin
beynəlxalq standartlara
uyğunlaşdırılması, turizmin inkişafı və istirahət məqsədləri üçün
yararlı hesab olunan ərazilərin müəyyənləşdirilməsi, xarici və yerli investisiyanı cəlb etməklə layihələrin həyata
keçirilməsi üçün
müvafiq işlər
görülür. Bundan
başqa, ayrı-ayrı
turizm zonalarında qolf sahəsinin müəyyən edilməsi,
yaxt limanının açılması və
layihələndirilməsi, istirahət kompleksləri və pansionatlar, qonaq və kənd
evlərinin təşkili,
istirahət və əyləncə turizminin
təşkili, qış
xizək turizm bazasının yaradılması,
rekreasiya(sanatoriya) komplekslərinin yaradılması
planlaşdırılır.
Qeyd etdiyimiz kimi, yerləşdirmə obyektlərinin
fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması
mühüm məsələlərdən
biridir, çünki xidmət səviyyəsinin
yüksək olması
turistlərin əsas diqqət mərkəzində
olan məsələdir.
Qeyd edək ki, hazırda
respublikada fəaliyyət
göstərən 308 mehmanxana
və mehmanxana tipli obyekt vardır,
bunlardan 92-si Bakıdadır.
Mehmanxana və digər yerləşdirmə
obyektlərində müasir
xidmətin və stabil keyfiyyətin təmin edilməsi, Azərbaycan Respublikasında
mehmanxana və digər yerləşdirmə
obyektlərinin təsnifatının
Ümumdünya Turizm Təşkilatının (ÜTT) tövsiyələri və
mövcud olan beynəlxalq təcrübənin
kriteriyaları ilə
harmonizasiyası, istehlakçıya
düzgün məlumat
verilməsinin təmin
edilməsi, mehmanxana və digər yerləşdirmə obyektlərinin
kateqoriya üzrə təsnifatdan keçməsinin
təsdiq edilməsi, kriteriyalara uyğunluğun
normativ sənədlərlə
müəyyən edilməsi,
mehmanxana və digər yerləşdirmə
obyektlərində rəqabətin
artması, Azərbaycanın
və xarici istehlakçıların arasında
olan qarşılıqlı
etimadın nəticəsində
mehmanxana və digər yerləşdirmə
obyektlərində obyektiv
qiymətin verilməsinə
imkan verilməsi, turist axınının, gəlmə və daxili turizmdən daxil olan gəlirin
artmasına nail olunması
məqsədilə nazirlik
tərəfindən mehmanxana
və digər yerləşdirmə obyektlərinin
təsnifatı aparılır.
Bu günədək 43 belə obyekt təsnifatdan keçmiş,
52 obyekt isə müvafiq lisenziya almışdır.
Turizmin inkişafında xüsusi
rol oynayan məqamlardan biri də turizmin ölkə daxilində təşviqi və təbliğatıdır. Dünyanın müxtəlif ölkələrində
keçirilən turizm
sərgilərində Mədəniyyət
və Turizm Nazirliyi daim lazımi səviyyədə
iştirak edir.
2002-ci ildən etibarən
isə Azərbaycanda hər il
beynəlxalq turizm sərgisi təşkil olunur. Azərbaycanda turizmin əhəmiyyətini
artırmaq potensialını
təbliğ etmək,
adət-ənənələrimizi, tariximizi, milli mətbəximizi, mədəni
və tarixi irsimizi tanıtmaq məqsədilə tematik nəşr məhsulları
(broşura, buklet və s.), CD və DVD-lər hazırlanır və yayılır.
Həmçinin dünyanın müxtəlif
öndə gedən televiziya kanallarında yayımlanmaq üçün
reklam çarxı hazırlanır. Azərbaycanın turizm sahəsində təbliğində internet imkanlarından
və müasir elektron daşıyıcı
vasitələrdən də
geniş istifadə edilir.
Mühüm məsələlərdən
biri də mədəniyyət abidələrinin
qorunması, həmin obyektlərin turizm məqsədləri üçün
istifadəsi, belə obyektlərdə standartlara
uyğun turizm xidməti infrastrukturunun yaradılması, mədəni-tarixi
dəyərlərin turizmin
inkişafı məqsədi
ilə qorunmasıdır.
Bu məqsədlə mədəni
və tarixi abidələrin, muzeylərin
və digər müvafiq obyektlərin qorunması, bərpası,
muzeylərdə göstərilən
xidmətlərin səviyyəsinin
yaxşılaşdırılması, tarixi-mədəniyyət abidələrinin
təsnifatlaşdırılması, tarixi obyektlərin adlandırılması və
s. istiqamətdə işlər
görülür.
Yeni turizm məhsulunun yaradılması
və inkişaf etdirilməsi, daha çox xarici və daxili turist marağının cəlb edilməsi məqsədilə “Aleksandr
Düma Qafqazda”, “Azərbaycanda alman yaşayış məskənləri”,
“GUAM ölkələrində şərab yolu” beynəlxalq mədəni turizm marşrutları yaradılmış, “Tarixi
İpək yolu” marşrutunun beynəlxalq standartlara uyğunlaşdırılmasına
başlanmışdır. Bu
marşrutların həyata
keçirilməsi nəinki
onların əhatə
etdiyi regionlarda, həmçinin bütün
ölkədə turizmin
təşviqinə böyük
təsir göstərəcəkdir.
Xalq qəzeti.-2007.- 27 sentyabr.- S.4.