Respublikamız turizm ölkəsi kimi tanınmalıdır

 

Beynəlxalq turizmin inkişafında Ümumdünya Turizm Təşkilatının rolu əvəzsizdir. Bu təşkilat 1925-ci ildə Haaqada Rəsmi Turist Assosiasiyaları Beynəlxalq konqresi kimi yaradılmış ona daimi struktur statusu verilmişdir. İkinci Dünya müharibəsindən sonra təşkilatın adı Rəsmi Turist Assosiasiyaların Beynəlxalq İttifaqı kimi dəyişilmiş qərargahı Cenevrə şəhərinə köçürülmüşdür.
Hazırda turizm inkişaf edir müasir həyatın ayrılmaz hissəsinə çevrilməyə başlayır. Odur ki, turizmin inkişafına nəzarət, hökumətlərarası əlaqələrin tənzimlənməsini təmin etmək beynəlxalq əməkdaşlıq üçün daha effektiv mexanizmin yaradılması tələb olunur. Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bu məsələlərə aydınlıq gətirmişdir. O demişdir:
- 1970-ci il sentyabrın 27- Meksikada keçirilən Fövqəladə Baş Assambleyasında Rəsmi Turist Assosiasiyaların Beynəlxalq İttifaqının dövlətlərarası quruma çevrilməsi qərara alındı Ümumdünya Turizm Təşkilatının nizamnaməsi qəbul olundu.
Hazırda bu təşkilat özündə 150 dövləti birləşdirir üzv ölkələrin turizm siyasətinin formalaşmasında, həyata keçirilməsində yaxından iştirak edir.
İndi bütün dünya 1970-ci ildən başlayaraq hər il 27 sentyabrı Beynəlxalq Turizm Günü kimi təntənəli şəkildə qeyd edir. Son dövrlər inkişaf etmiş ölkələrdə bu günün rəsmi surətdə qeyd olunması ənənə halını almışdır. Hər il müəyyən mövzu seçilir, xüsusi şüar qəbul olunur. İl ərzində bu mövzuya həsr olunmuş silsilə tədbirlər hazırlanır. Bu il Ümumdünya Turizm Günü "Turizm qadınlara qapılarını açır" devizi altında keçirilir.
Beynəlxalq Turizm Günü Azərbaycanda da təntənəli qeyd edilir. Hər il mütəmadi olaraq daxili turizmin inkişafına turizm mövsümünün yekunlarına aid rayon mədəniyyət turizm şöbələrinin, dövlət qurumlarının, turist şirkətlərinin, mehmanxana nümayəndələrinin iştirakı ilə ümumrespublika konfransı keçirilir. Tədbirə həsr edilmiş sərgilər, televiziya kanallarında silsilə verilişlər hazırlanır.
2001-ci ildən başlayaraq Azərbaycan nümayəndə heyəti Koreya, Yaponiya, Çin Seneqalda Ümumdunya Turizm Təşkilatının keçirdiyi sessiyalarda müntəzəm iştirak etmişdi. 2007-ci ilin noyabrında Kolumbiyanın Kartaxena de
İndias şəhərində keçirilən sessiyada da Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Beynəlxalq Turizm Təşkilatının yüksək səviyyəli nümayəndələri mütəmadi olaraq Azərbaycana səfər etmişlər. Nümayəndələrin ölkəmizin regionlarında olması Azərbaycanın turizm potensialını əyani olaraq araşdırması ürəkaçan nəticələrə əsas vermişdir.
BMÜTT-nin Avropa üzrə regional nümayəndəsinin köməkçisi A.Şlevkov Azərbaycanda keçirilən beynəlxalq turizm tədbirləri çərçivəsində bir neçə dəfə ölkəmizdə səfərdə olmuş, turizm şöbəsində çalışan mütəxəssislər üçün "Dünya turizminin inkişaf meyilləri metodikaları" mövzusunda seminar keçirilmişdir. Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları da mütəmadi olaraq BMÜTT tərəfindən keçirilən seminarlarda, treninqlərdə digər tədbirlərdə iştirak ediblər. Bu sırada Madriddə, Milanda, Juan Lependə, Sankt-Peterburqda, Tbilisidə keçirilən seminar konfranslarda Azərbaycan nümayəndə heyəti fəal iştirak etmişdir.
Azərbaycanın turizm sektorunda marketinq reklam işinin dünya standartları səviyyəsindəki təcrübəsinin öyrənilməsi məqsədilə BMÜTT ilə danışıqlar aparılmış cari ilin aprel ayında Bakıda "Turizm marketinqi reklam texnikası" mövzusunda seminar keçirilmişdir.
Ümumdünya Turizm Təşkilatının
"Böyük İpək Yolu" layihəsinin xüsusi əhəmiyyəti var. Bu layihə mədəni-tarixi yerlərə marşrut üzrə turizmin inkişafına yönəlmişdir. Onun məqsədi Mərkəzi Asiya Cənubi Qafqaz ölkələrində müasir turizm infrastrukturunun yaradılmasının təşviq edilməsi turizmin potensialının meydana, bu ölkələrin imicinin beynəlxalq turizm bazarına çıxarılmasına rəqabət qabiliyyətli turizm məhsulunun yaradılmasına kömək edilməsidir. Bununla əlaqədar BMÜTT tərəfindən bir sıra beynəlxalq tədbirlər keçirilmişdir.
BMÜT ilə əməkdaşlıq Mədəniyyət Turizm Nazirliyinə ölkəmizdə turizmin idarəetmə mexanizmlərinin yaradılmasına, davamlı inkişafının təmin edilməsinə turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə xidmət edir.
BMÜTT çərçivəsində əməkdaşlığın inkişaf etməsini respublikamızın turizm ölkəsi imicinin formalaşdırılmasını nəzərə alaraq Ümumdünya Turizm Təşkilatının Avropa üzrə komissiyasının növbəti sessiyalarından birinin Azərbaycanda keçirilməsi təklifi ilə həmin qurumun Baş katibliyinə müraciət olunmuşdur. Bütün bu rəsmi əlaqələrin yaradılmasında, davam etməsində əsas məqsəd respublikamıza həqiqətən turizm ölkəsi imicini qazandırmaqdır.

Azərbaycan.-2007.- 27 sentyabr.-S.8.