Mədəniyyət və Turizm Nazirliyində Sverdlovsk vilayəti nümayəndə heyəti
ilə görüş
Sentyabrın 6-da
Gənclər və Turizm Nazirliyində Sverdlovsk vilayəti
hökuməti sədrinin müavini Vladimir Vlasovun
başçılıq etdiyi nümayəndə heyəti
ilə görüş keçirilmişdir.
Nazir Əbülfəs
Qarayev bildirmişdir ki, uzun illər
boyu sovet xalqlarının nailiyyətlərini
özündə cəmləşdirən
Rusiya mədəniyyəti
olmadan müasir incəsənəti təsəvvür
etmək mümkün
deyildir. O, humanitar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Rusiyanın aparıcı
kollektivlərindən biri
olan Ural filarmoniyasının simfonik
orkestri Bakıda çıxış edəcəkdir.
Ə.Qarayev demişdir: "Xüsusilə
xoşdur ki, orkestrin proqramına Azərbaycan klassiklərinin
əsərləri də
daxildir". Nazir Rusiya musiqi kollektivlərinin
Azərbaycanın həm
klassik, həm də müasir bəstəkarlarının əsərlərini
ifa etməsinin əhəmiyyətini vurğulamış,
Sverdlovsk vilayəti nümayəndə heyətinin
sponsoru "Uralmaş"
ASC-yə təşəkkürünü
bildirmişdir.
Sverdlovsk vilayətinin
qubernatoru Eduard Rosselin salamlarını çatdıran Vladimir Vlasov ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni əməkdaşlıq haqqında
2002-ci ildə imzalanmış
sazişlə təməli
qoyulan müasir mədəni əlaqələrin
tarixindən danışmışdır.
O vurğulamışdır ki, Azərbaycan mədəniyyəti günləri
vilayətin mədəni
həyatında əlamətdar
hadisəyə çevrilmişdir.
V.Vlasov Sverdlovsk vilayətinin geosiyasi vəziyyəti, iqtisadi və mədəni inkişafından da söhbət açmış,
simfonik orkestrin çıxışının bakılıların ürəyincə
olacağına əminliyini
bildirmişdir.
Görüşdə xatirə
hədiyyələri təqdim
edilmişdir.
Azərbaycan.- 2007.- 7 sentyabr.- S. 2.