Buxarestdə rəssam Nailə Əhmədovanın "Azərbaycan-Rumıniya" adlı sərgisi olmuşdur

 

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sentyabrın 21-25-də Rumıniya Mədəniyyət və Dini İşlər Nazirliyinin Milli İncəsənət Mərkəzində azərbaycanlı rəssam Nailə Əhmədovanın "Azərbaycan-Rumıniya" adlı sərgisi keçirilmişdir. Sərgidə rəssamın 29 əl işi nümayiş olunmuşdur.

Sərginin açılış mərasimində Rumıniyanın hökumət orqanlarının nümayəndələri, deputatlar, Buxarest Universitetinin professorları, diaspor və dostluq cəmiyyətlərinin təmsilçiləri, soydaşlarımız, diplomatlar iştirak etmişlər.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov N.Əhmədovanın yaradıcılığı haqqında məlumat vermiş, son zamanlar Azərbaycan ilə Rumıniya arasında elm, mədəniyyət, ədəbiyyat, incəsənət əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

Rumıniya Mədəniyyət və Dini işlər Nazirliyinin müşaviri xanım Luiza Ciolac Azərbaycan rəssamının əsərlərinin peşəkar-estetik xüsusiyyətlərindən danışmışdır.

 

Respublika.- 2007.- 27 sentyabr.- S. 8.