Los-Ancelesdə
Azərbaycan sərgisi,
San Xosedə
ənənəvi Azərbaycan pikniki
ABŞ-ın Los-Anceles
şəhərinin İncəsənət Qalereyasında
Azərbaycanın xalçaçılıq və
boyakarlıq sənətinə həsr olunmuş sərgi
keçirilir. APA-nın xəbərinə görə, sərginin
müəllifi olan sənətşünas Karen Koblitz
Azərbaycana etdiyi səfərlər çərçivəsində
topladığı 50-yə yaxın saxsı qabı və
onlarla xalça nümunələrini yerli auditoriyaya təqdim
edib. 100-dən artıq Los-Anceles sakininin
qatıldığı tədbirdə əsasən Şəki
rayonunda tətbiq edilən naxışlarla
bəzədilmiş saxsı qablar və xalçalar qonaqların
marağına səbəb olub. Xanım Kobeltzin nümayiş
etdirdiyi xalçalarda qədim Azərbaycan naxışları
ilə yanaşı, Kaliforniya ştatının simvolları
olan çiçək, ayı və s. elementlər də
öz əksini tapıb. Xalçaların birində
Azərbaycan və ABŞ bayraqları, digərlərində
isə dünya şöhrətli "Əli və Nino"
əsərindən ifadələr əks olunub.
Sərgidə
Azərbaycanın Los-Anceles şəhərindəki Baş
Konsulluğunun əməkdaşları da iştirak edib.
Sərgi 1 ay
açıq qalacaq.
Dünən isə
Azərbaycan Şimali Kaliforniya Mədəniyyət
Ocağı və Kaliforniyanın Şimali Azərbaycan
Mədəniyyət Mərkəzi ştatın San Xose
şəhərində ənənəvi Azərbaycan pikniki
keçirib. Yüzlərlə azərbaycanlı və
amerikalının qatıldığı şənlikdə
qonaqlara milli yeməklər təqdim olunub, 10 yaşlı
uşaqlardan ibarət "Azəri" rəqs qrupu öz
məharətini göstərib. Xlisusi quraşdırılan
çadırlarda qonaqlara Azərbaycanın tarixi,
ədəbiyyatı və milli musiqi
ənənələrinə həsr olunan əyani
vasitələr paylanıb.
Qeyd edək ki, hər il
sentyabr ayının birinci həftəsində
keçirilən illik Azərbaycan pikniki 20 ilə yaxın
tarixə malikdir.
Ekspress.- 2007.- 11 sentyabr.- S.13.