Mehdixanlı T.
Kamil
fırça ustalarının yaratdıqları portretlər,
mənzərələr həmişə seyrçini
yaxın-uzaq illərə aparır, zövqünü
oxşayır, düşündürür. Monumental heykəltəraşlıq
nümunələri isə
dahilik zirvəsini göz önündə, xəyallarda canlandırır.
Onlar zaman-zaman yol gəlib, sevilib, tanınıb, rəğbətlə qarşılanıb.
Sənətin təsir gücü
müxtəlifdir. Əgər
Nizaminin, Füzulinin, Nəsiminin, S.Vurğunun monumental abidələrinə
baxanda qürur hissi keçirirdiksə, yumruq boyda çay
daşlarının üzərində
o dahilərin, mütəfəkkirlərin, tarixi
şəxsiyyətlərin, klassiklərin təsvirlərini
görəndə heyrətimizi gizlədə bilmirik. Əl işləri heyrətlə
qarşılanan Ədalət
Pirverdiyevin yaratdığı
sənət nümunələrinə
maraqla baxmamaq mümkün deyil.
Ədalət Xaçmazda
dünyaya göz açıb. Kiçik yaşlarından doğma el-obanın füsunkar təbiətinə
vurğun olub. Orta məktəbi bitirdikdən sonra rayondakı 92 saylı peşə liseyində oxuyub. Ordu sıralarında
hərbi xidmət borcunu verib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dördüncü
kursunda təhsilini davam etdirir. İlk sevincli anını S.Bəhlulzadə
adına sərgi salonunda işlərinin nümayişi zamanı yaşayıb. Təriflər
eşidib, mükafatlar,
təltiflər alıb.
Seçdiyi peşəyə
marağı daha da artıb. Elə olub ki,
günlərlə bir
portreti daş üzərində həkk
etməyə, canlandırmağa
çalışıb. Əməyi
hədər getməyib,
yaratdığı fiqurlara
həvəslə baxılıb.
Müəllimi, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının professoru,
xalq rəssamı, Prezident təqaüdçüsü
Rafiq Mehdiyev onun haqqında ürəkdolusu danışdı:
- İlk günlər
Ədaləti adi tələbələrimin biri
kimi tanıdım. Az keçmiş onun zövqü, düşüncəsi, yaradıcılığı
çoxları kimi məni də heyran etdi. Gənc sənətkar
çay daşı üzərində portretlər
işləyir, obrazları
inandırıcı şəkildə
təsvir edir. 2005-ci ildə Prezident İlham Əliyev Xaçmaza səfəri zamanı Ədalətin yaradıcılıq nümunələri
ilə tanış olmuş, ona uğurlar arzulamışdı.
Onun gələcək
nailiyyətlərinə inanıram.
Ədalət Pirverdiyevin
- Qudyalçaylının çay
daşı üzərində
oyma üsulu ilə yaratdığı
sənət nümunələrində
insan psixologiyası, xarakteri, dahi şəxsiyyətlərə ehtiram
aşkar duyulur. "Ulu öndər Heydər Əliyev" portreti dahi şəxsiyyətin
mənalı yaşadığı
illəri, doğma xalqına sevgisini göz önündə canlandırır. Füzulinin, Xətainin,
Mirzə Cəlilin, Zərdabinin portretləri sanki daşlaşmayıb,
indicə dil açıb danışacaqlar.
Çünki gənc
tişə ustası onların hər birini sonsuz məhəbbətlə,
məharətlə işləyib,
baxış, sifət
cizgilərini inandırıcı
təsvir edib. Onun əbədiləşdirdiyi, 100 yaşının tamamını
qeyd etdiyimiz, zamanın, quruluşun zülmündən doğma
el-obasından didərgin düşmüş,
vətən həsrəti
ilə qəriblikdə
dünyasını dəyişmiş
Almas İldırımın
portretini görən tamaşaçı istər-istəməz nakam şairin bu misralarını xatırlayır:
EAzərbaycan, mənim
tacım, taxtım oy!
Oyanmazmı kor olası
baxtım oy?!.
Gənc sənətçinin
əl işləri, gərgin yaradıcılığı
ilə dünyanın
əksər ölkələrindən
gəlmiş qonaqlar da tanış olurlar. Tamaşaçıların
ümumi qənaətləri
isə belədir:
"Daşın da dili varmış, danışa bilərmiş.
Əgər onu dindirən olsaE" Ədalət çay daşları ilə dil tapıb, inanırıq ki, onlarla hələ çox "danışacaq".
Azərbaycan.- 2007.- 22 sentyabr.- S. 5.