Nərimanoğlu K. V.

 

Alimlərimiz Türkiyədəki Konfransda erməniləri susdurub


Böyük Asiya Şimali Afrika Elmi Forumunun 38-ci qurultayında tarix, din, mədəniyyət ədəbiyyat məsələləri müzakirə olunub

1873-cü ildən etibarən keçirilən, əvvəlki adı Şərqşünaslar Qurultayı olan, 1973-cü ildən etibarən isə Böyük Asiya Şimali Afrika elmi forumu (İCANAS) adlanan qurultayın sayca 38-cisi 2007-ci il sentyabrın 10-15- Türkiyənin paytaxtı Ankara şəhərində keçirildi. 4 ildən bir keçirilən İCANAS-ın 133 illik tarixi var. Bu qurultay dil, tarix, ədəbiyyat, din, fəlsəfə, antropologiya, mədəniyyət, ətraf mühit, iqtisadiyyat, beynəlxalq əlaqələr, musiqi kimi müxtəlif sahələri əhatə edir.
İCANAS qurultaylarının 37-cisi 2004-cü ildə Rusiyanın paytaxtı Moskva, 36-cısı 2000-ci ildə Kanadanın Monreal, 35-cisi 1997-ci ildə Macarıstanın Budapeşt şəhərlərində təşkil edilmişdi. 38-ci İCANAS toplantısını Atatürk Mədəniyyət, Dil Tarix Ali Qurum Başkanlığı təşkil etdi. Toplantının devizi böyük türk lideri Mustafa Kamal Atatürkün məşhurYurdda sülh, cahanda sülhkəlamı idi. 37-ci İCANAS toplantısında 38-ci İCANAS qurultayının Türkiyədə təşkil edilməsi qərara alınmışdı. İCANAS Türkiyədə ikinci dəfə keçirilirdi. İlk dəfə 1951-ci ildə İstanbulda təşkil olunan 22-ci Şərqşünaslar Qurultayında 524 nəfər iştirak etmişdi, onlardan 95-i türk idi. 38-ci İCANAS isə 2200 nəfərin iştirakını təmin edirdi. Qurultayda 13 bölmədə 1500-dən çox məruzə, 104 panel çıxışı dinlənildi. Orada 62 müstəqil dövləti 9 muxtariyyəti təmsil edən 1700-dən çox iştirakçı vardı.
Açılışdan əvvəl 38-ci Beynəlxalq Asiya Şimali Afrika Çalışmaları Qurultayında iştirak edən ölkələrin nümayəndələrindən ibarət heyət Atatürkün mavzoleyini ziyar
ət etdi, çələng qoyuldu, onun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Atatürk Mədəniyyət, Dil Tarix Ali Qurum başqanı, professor Sadık Turalın rəhbərliyindəki heyət daha sonra Misak-ı Milli Qülləsinə keçərək xatirə dəftərinə ürək sözlərini yazdı.
Qurultay Sadık Tural, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, professor
Hu Zhenhua, Beynəlxalq Şərqşünaslıq Asiya Çalışmaları Birliyinin baş katibi, professor Georgi Hazai bu qurumun başqanı, professor Cikido Takasaki digərlərinin çıxışı ilə açıldı. Hökumət tərəfindən daxili işlər naziri, professor Bəşir Atalay, maliyyə naziri Kamal Unakıtan, mədəniyyət turizm naziri Ərtoğrul Günay dövlət naziri, professor Mehmet Aydın çıxış etdilər. Açılış mərasimində 12 elm xadiminə Türkiyədə elm sahəsində müstəsna xidmətlərinə görə mükafatlar təqdim edildi.
Hazırlığı 22 ay davam edən qurultayın internet səhifəsini təxminən 35ÿmin nəfər ziyarət edib. Qurultaydakı məruzələr paneller 6 gün ərzində Bilkənd Konfrans Mərkəzi Türkiyə Odalar Borsalar Birliyinə aid 18 zalda keçirildi. Qurultaydan əvvəl məruzələrin çap olunmuş kitab şəklinə salınmış qısa xülasələri iştirakçılara paylandı. Qurultay iştirakçılarına Türkiyənin Böyük Millət Məclisinin hovuzlu bağçasında verilən ziyafətdə TBMM sədri Köksal Toptan iştirak etdi.
Azərbaycan elmini yüksək səviyyədə təmsil edən nümayəndə heyəti Azərbaycan ədəbiyyatşünaslığının ağsaqqalı, akademik Bəkir Nəbiyev, Azərbaycan folklorunun öyrənilməsində yeni mərhələ yaradan filologiya elmləri doktoru Hüseyn İsmayılov, Azərbaycan Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri, fil.e.d., prof. Kamil Vəli Nərimanoğlu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, fil.e.d., prof. Gövhər Baxşəliyeva, Atatürk Mərkəzinin müdiri, fil.e.d., prof. Nizami Cəfərov, fil.e.d. Möhsün Nağısoylu, fil.e.d., prof. Maarifə Hacıyeva, sənətşünaslıq doktoru, prof. Röya Tağıyeva, fil.e.n. Sədaqət Qasımlı, fil.e.n. Səadət Şıxıyeva, fil.e.n. Kamandar Şərifov, sənətşünaslıq namizədi, dosent Səltənət Tağıyeva, ilahiyyat elmləri namizədi Nailə Süleymanova, fəlsəfə elmləri namizədi Roida Rzayeva, Elmira Məmmədova, Qətibə Quliyeva, Şəlalə Hümmətli, Aida Paşayeva, Məhəbbət Paşayeva digərlərindən ibarət idi. Türkiyədə yaşayan həmyerlilərimizdən isə fil.e.d. Nailə Hacızadə, Toğrul Vəli Kamiloğlu, Leyla Hacızadə, Rıza Heyət, Mahir Həmidov başqaları iştirak edirdi.
Akademik B.NəbiyevinAzərbaycan elmi mühacirətdə”, Hüseyn İsmayılovunAzərbaycan folklorunda yeni araşdırmalar”, K.V.Nərimanoğlununİpək yoluməruzələrini xüsusilə qeyd etmək olar. “Ədəbiyyat elminin problemləri həlli yollarıbölməsində erməni iştirakçı Hasmik Stepanyanın həqiqətləri danan çıxışına Azərbaycan heyətinin nümayəndəsi öz etirazını bildirdi. Professor G.Baxşəliyeva şərqşünaslıq bölməsində Azərbaycanda şərqşünaslıq elminin inkişafı Şərqşünaslıq İnstitutunun bu istiqamətdə apardığı tədqiqatlar haqqında çıxış etdi.
Azərbaycanlı gənc tədqiqatçılar qurultayda fəallıqları ilə seçilirdi. Füzuli adına Əlyazmalar İnstitutunun gənc əməkdaşlarının erməni iştirakçılarının məruzələrinə öz çıxışları ilə münasibət bildirərək, ortaya faktlar qoyaraq təkzib etməsini təqdirəlayiq hal kimi qeyd etmək olar.
Qurultayın bağlanışında növbəti İCANAS-ın Hollandiyada keçirilməsi qərara alındı. İclasda beynəlxalq təşkilat komitəsinin üzvü Nizami Cəfərov çıxış etdi. Qurultayın təşkilində xüsusi zəhməti olmuş Sadık Turala, Zəki Dileke Zəki Cəmil Ardaya təşəkkürümüzü bildiririk.


Yeni Müsavat.-2007.-25 sentyabr.-S.10.