Ukraynada karikaturaçı rəssamların müsabiqəsinə yekun vuruldu

 

Həmyerlimiz Elman Mirzəyev 3-cü yerə layiq görülüb

 

yulun 25- Ukraynada start götürən VII Beynəlxalq "Nezalejnist" (Müstəqillik) Karikatura Müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə 41 ölkədən 156 karikaturaçı rəssam 395 karikatura ilə iştirak edib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən aldığımız məlumata əsasən, həmin əl işlərindən 100 ən yaxşısı kataloqa daxil edilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Elman Mirzəyev 3-cü yerə layiq görülüb.
   1-ci 2-ci yerləri ukraynalı karikaturaçılar Dmitro Bondarenko Elena Zuranovaya qazanıb.

 

Səs.-2007.-6 sentyabr.-S.12.