Bəhram Gur heykəlinin əsas müəllifi etiraz edir


Qorxmaz Sücəddinov: “Bilsəydim, qoymazdım heykəli yerindən götürsünlər

On gün əvvəl BakınınAzneftmeydanı yaxınlığından götürülən Bəhram Gurun heykəli Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexindədir. BunuMediaforumsaytına heykəlin əsas müəllifi Qorxmaz Sücəddinov deyib.
Q.Sücəddinov heykəlin yoxa çıxmasından üç gün qabaq xəbər tutduğunu dünən 3-cü mikrorayon bazarının yanında yerləşən sexə gedərək onu gördüyünü bildirib: “Heykəlin üzərində yenidənqurma işləri aparmaq istəyirlər. Bu heykəlAzneft" meydanına qoyulan gündən indiyə qədər bir dəfə olsun təmir edilməyib. Onun üzərinə vaxtsa rəng vurublar, həmin rəngi təmizləmək çox çətindir. Sexdə həm bu rəngi təmizləməklə, həm heykəlin bir neçə yerində əmələ gəlmiş xırda çatları təmir etməklə məşğuldurlar".
Heykəlin yerindən götürülməsi haqda əmri kimin verdiyini bilməyən Q.Sücəddinov hesab edir ki, heykəli götürəndə onun müəlliflərinə demək lazım idi.
Mediaforumunheykəli yerindəcə təmir eləmək olardımısualına Sücəddinov belə cavab verib: “Əlbəttə, olardı. Onu heç yerindən tərpətmək lazım deyildi. Qabaqcadan bilsəydim, qoymazdım heykəli yerindən götürsünlər. Amma bir müəllif kimi mənə heç deməyiblər”.
Q.Sücəddinov Bəhram Gur heykəlinin yaranma tarixindən danışarkən öncə vurğulayıb ki, artıq 47 ildir əfsanə süjetli bu heykəl Bakının ən gözəl meydanlarından birini bəzəyir: “1960- il idi. Tiflisdə Rəssamlıq Akademiyasını təzəcə bitirib Bakıya qayıtmışdım. Bəhram Gur heykəlinin digər müəllifləri Albert Mustafayev Aslan Rüstəmov isə hələ tələbə idilər. O vaxt indiki Bakı Şəhər İcra Hakimiyyətinin binasında, Hacıbala Abutalıbovun yerində çox görkəmli bir insan otururdu - Əliş Ləmbəranski. Rəssamlar İttifaqında söz-söhbət gəzirdi ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski Bakının abadlaşdırılması üçün rəssamlardan, heykəltəraşlardan təkliflər gözləyir. O vaxt heykəltəraş çox az idi. Cəmi altı-yeddi nəfər idik. Əliş müəllim Bakıda xeyli yenidənqurma, abadlaşdırma işləri aparırdı. Biz üç nəfər öz təklifimizi irəli sürdük: Nizami GəncəvininYeddi gözəl" poemasının qəhrəmanlarından birinin - Bəhram Gurun heykəlinin maketini düzəltdik Əliş müəllimə təqdim etdik. Əliş müəllim layihəni çox bəyəndi heykəlin yerini müəyyənləşdirdi - “Azneftmeydanı".
Bəhram Gurun Bakıda ilk heykəlli fəvvarə hesab olunduğunu deyən Q.Sücəddinov bildirir ki, heykəlin hündürlüyü 3,5 metrdir: “Elə əvvəldən heykəlin suyun içində olması nəzərdə tutulub onun yerini dəyişdirməyin, yaxud heykəli hündürləşdirməyin tərəfdarı deyiləm”.
Sonda Q.Sücəddinov qeyd edib ki, sabah yenidən Bədii Fondun tunc sexinə, həmçininAzneftmeydanına gedib təmir yenidənqurma işləri ilə yaxından tanış olacaq: “Güman edirəm ki, heykəlin təmiri bir aya qədər vaxt aparacaq”.
Xatırladaq ki, sentyabrın 14- Bəhram Gur heykəli götürülərək həmin ərazi hasara alınıb. Heykəlin harada olması haqqında Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Turizm Nazirliyi KİV-ə, ictimaiyyətə heç bir məlumat vermir.


Yeni Müsavat.-2007.-25 sentyabr.-S.12.