Azərbaycan rejissoru Varna kinofestivalının laureatıdır

 

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, XV Beynəlxalq Varna kinofestivalında "Milli bomba" (Azərbaycan-Rusiya) filminin rejissoru Vaqif Mustafayev Sofiya Universitetinin "Acı badə" akademik mükafatına layiq görülmüşdür.
Bu mükafat müasir film ifadəliyinə töhfəyə görə təqdim edilir. Mükafatın laureatları arasında Vudi Alen (ABŞ), İrji Mensel (Çexiya), Georgi Daneliya (Rusiya), Bettacino (İtaliya), Purişa Corceviç (Serbiya) da var.
Azərbaycan rejissoru "acı istehza, absurd, parodiya ekran qroteskası vasitəsilə milli xarakterin əks etdirilməsində ustalığa görə" mükafatlandırılmışdır.
Mükafat Sofiya Universitetində, yaxud da Moskvadakı Bolqarıstan mərkəzində təntənəli şəraitdə təqdim ediləcəkdir.

 

Azərbaycan.-2007.-15 sentyabr.-S.6.