Behbudqızı S.

 

Canlı kitabxana

 

Murad İbrahimbəyov yaradıcılıq planları dünya ekranı barəsində

 

IX "Şərq-Qərb" Beynəlxalq Bakı Kinofestivalının bağlanış günü Murad İbrahimbəyovun "Üç qız" filmi bir daha nümayişləndi.
   
   Həmkarları M.İbrahimbəyov haqqında söyləyirlər ki, o, biliyinə intellektual səviyyəsinə görə ən zəngin kitabxananı xatırladır. Mütaliəsiz onun bir saatı belə olmur.
   Dosye: Murad Maqsud oğlu İbrahimbəyov 1965-ci ildə Bakıda dünyaya gəlib. 1982-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (Sergey Gerasimovun emalatxanası) daxil olub. Hərbi xidmətini yerinə yetirib qayıdandan sonra İqor Talankinin kursuna köçürülüb. "Dundukley" adlı ilk filmini 1986- ildə çəkib. 10 il sonra ərsəyə gətirdiyi "Gənc qadın üçün kişi" ekran əsəri Boqota kinofestivalında bürünc mükafata, Moskvada isə "ən yaxşı kişi" rolu nominasiyasında "Nika"ya layiq görülüb. 2000-ci ildə "Həqiqi əhvalatlar" filmi "Kinoşok" festivalının xüsusi mükafatını, "Ədəbiyyat kino" festivalında kinotənqidçilərin mükafatını qazanıb, Vladiqafqaz kinofestivalında isə "ən yaxşı rejissor işi" nominasiyasının qalibi adına layiq görülüb.
   2003-cü il isə M.İbrahimbəyov üçün xüsusilə uğurlu olub.
Həmin il onun "Qaçmağı düşünürəm..." telefilmi IV Avrasiya teleforumunda "Qran-pri", "Neft" qısametrajlı sənədli filmi isə 60- Venesiya kinofestivalının "ən yaxşı sənədli film" nominasiyasında "Gümüş aslan" mükafatına sahib olub. Yaradıcı heyətin üzvləri ilə birlikdə səhnəyə çıxıb ekran əsərini təqdim etməzdən öncə ssenariçi rejissor M.İbrahimbəyov "Həftə içi"nin müxbirinə blits-müsahibə verdi. Söhbətimiz qısa qaçaraq olsa da, müşahidə etməyə macal tapdım ki, Murad İbrahimbəyovun hər bir işdə olduğu kimi, müsahibə verərkən ciddi hər kəlməsini ölçüb-biçərək danışan insan olması barədə oxuduqlarım həqiqətə tam uyğundur.
   - Filminizin nümayişindən sonra tamaşaçılardan ekranda əks etdirdikləriniz barədə nəzərdə belə tutmadığınız assosiasiyalar eşitdikdə bunu necə qəbul edirsiniz?
   - Tam normal. Tamaşaçının assosiasiyaları rejissorun nəzərdə tutduğu fikirdən qətiyyən asılı olmamalıdır.
   - Hazırda üzərində işləyirsiniz?
   - Hazırda yeni bir ssenarini tamamlamışam. Çəkilişlərə başlamaq niyyətindəyəm.
   - Rusiyada?
   - Xeyr, burda, Bakıda.
   - Ssenari nədən bəhs edir, adı nədir?
   - Bu haqda hələ açıqlama vermək istəmirəm...
   - Çəkilişlərə vaxt başlayırsınız?
   - Bu məndən asılı olan məsələ deyil. Azərbaycan dövləti vaxt zəruri vəsait ayırsa, onda da çəkilişlərə başlayacağam.
   - Azərbaycan kinosunun bu gününü necə qiymətləndirirsiniz?
   - Tam məsuliyyətlə deyə bilərəm ki, bu sahədə vəziyyət günü-gündən yaxşılaşır. Maraqlı kino yaradıcılarını meydana çıxaracaq yeni dalğanın gəlişi gözlənilir...
   - Yalnız gözlənilir, yoxsa?
   - Artıq nəsə, hətta deyərdim ki, nələrsə görünməkdədir. Gənc rejissorların filmlərindəki tapıntılar bunu deməyə əsas verir.
   - Azərbaycanın kinematoqrafik dairəsində tez-tez belə bir müzakirə qalxır - dünya miqyasına çıxmaqdan ötrü Azərbaycanda dünyəvi filmlər istehsal olunmalıdır, yoxsa milli? Siz necə hesab edirsiniz?
   - Bu məsələdə heç kim dəqiq cavab verə bilməz. Əgər mən bu sualın dəqiq cavabını bilsəydim, filmlərim indi dünya miqyasında nümayişlənərdi...
   

Həftə içi.-2007.-12 sentyabr.-S.8.