Əzizli G.

 

Azərbaycan filmi İssıkkul festivalının birincisi olub

 

Yusif Əliyevin "Keçid"i "Ən yaxşı sənədli film" secilib

 

Qırğızıstanda Şanxay Əməkdaşlığı Təşkilatı ölkələrinin birinci İssıkkul kinofestivalı başa çatıb. "Ən yaxşı sənədli film" nominasiyasında Azərbaycan rejissoru Yusif Əliyevin "Keçid" sənədli filmi ikinci mükafat alıb.

Münsiflər heyətinin qərarı ilə baş mükafat heç kimə təqdim olunmayıb.

"Qırğızkino"nun prezidenti Zamirə Eraliyeva bildirib ki, "əsas mükafata layiq film olmadığı üçün Qran-pri öz sahibini gözləyir". "Ən yaxşı tammetrajlı film" nominasiyasında ikinci mükafat özbək rejissoru Mansur Abduxalıkova "Rabiyə" filminə təqdim olunub. "Ən yaxşı kişi rolu" nominasiyasında mükafat isə Andrey Ankudinov (Rusiya, "Sadəcə bəxti gətirdi" filmi) layiq görülüb. Ən yaxşı qadın rolunun ifaçısı Gülnarə Kadırəliyeva ("Petrarkanm qiraəti", Qazaxıstan) seçilib.

Xatırladaq ki, müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna İran kinematoqrafçıları 60 film aparıblar. Festival İsıkkul gölünün sahillərində baş tutub.

 

Gün.- 2007.- 12 sentyabr.- S. 13.