Hüseynbəyli F.

 

Bakıda gürcü kinosunun retrospektivi

"Xəyallar məzarlığı" ilə başlayıb

 

IX "Şərq-Qərb" kinofestivalının sentyabrın 5-də Yaşıl Teatrda keçirilən açılış mərasiminin bədii hissəsi yaddaqalan olub. "Aşıqlar" qrupunun "Bakı, sabahın xeyir!" musiqili kompozisiyası ilə başlayan tədbir bir sıra sənətçilərin ifasında səslənən maraqlı musiqi parçaları ilə davam etdirilib. "Natiq" ritm qrupu, Rəşad Haşımovun rəhbərlik etdiyi "Rast" qrupu, vokalçı Elçin Əzizov, istedadlı estrada müğənnisi Sevda Ələkbərzadə başqalarının ifaları rəğbətlə qarşılanıb. Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını, xüsusən xarici qonaqları salamlayaraq, festivalın açılışını bayram günü kimi dəyərləndirib: "Bu festivalın keçirilməsində əməyi olan bütün insanlara qurumlara təşəkkür edirəm. IX "Şərq-Qərb" festivalı ötənilkilərdən müəyyən qədər fərqlənir. Əvvəla açılış mərasimi yenicə təmir olunmuş Yaşıl Teatrda keçirilir bu il üç Azərbaycan filmi festival proqramına daxil edilib. Fərqli cəhətlərdən ən önəmlisi isə bu ərəfədə Azərbaycan prezidentinin kino sənətinin inkişafı ilə bağlı çox mühüm bir sərəncam imzalamasıdır". Ə.Qarayev növbəti festivalın açılışının hazırda təmirdə olan Heydər Əliyev adına Sarayda daha möhtəşəm səviyyədə keçirilməsini arzulayıb. Nazirin çıxışından sonra IX "Şərq-Qərb" kinofestivalında nümayiş olunacaq filmlər təqdim edildi. Təbii ki, onların sırasında Azərbaycanı təmsil edən üç film - Murad İbrahimbəyovun "Üç qız"ı, Mehriban Ələkbərzadənin "Məhkumlar"ı Ramiz Həsənoğlunun çəkdiyi "Cavid ömrü" xüsusi maraq doğurur. Ümumilikdə 13 filmin yer aldığı festival proqramı özündə bir sıra ölkələrin ünlü kino xadimlərinin ekran işlərini ehtiva edir. Bundan əlavə, gürcü filmlərinin retrospektivi festivalın ciddi maraq oyadan cəhətlərindəndir. Filmlərin təqdimatdan sonra çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi, xalq artisti Rasim Balayev festivalın təşkilinə dəstək verən qurumlara təşəkkürünü bildirib. R.Balayev IX "Şərq-Qərb"in rəhbəri, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun adından festivalı açıq elan edib. Bunun ardınca festivalın himni səslənib. Tədbirin ikinci hissəsi Mehriban Ələkbərzadənin "Məhkumlar" filminin nümayişinə həsr olunub. İlk olaraq səhnəyə dəvət olunan çəkiliş qrupunu tamaşaçılara təqdim edən M.Ələkbərzadə böyük kinoda ilk addımlarına görə görkəmli kinorejissor Rasim Ocaqovun ruhuna minnətdar olduğunu deyib. Ssenari müəllifi Çingiz Abdullayev gecə yarısınadək filmə baxmaq üçün qalan tamaşaçılara minnətdarlıq edib. Bolqarıstan Kinematoqrafçılarının istehsalı olan "Sərçələr oktyabrda" filminin nümayişi festivalın açılış günü gerçəkləşib. Dünən isə "İbrus" teatrının kinozalında gürcü filmləri retrospektivinin açılışı olub. Açılışda çıxış edən qonşu dövlətin kino sənəti mütəxəssisləri bu festivala qatılmaqlarından məmnunluq hissi keçirdiklərini bildiriblər. Çıxışlardan sonra rejissor Georgi Hayndravanın "Xəyallar məzarlığı" filmi nümayiş olunub. Festival proqramına daxil edilmiş daha iki film dünən "Azərbaycan" kinoteatrında tamaşaçılara təqdim olunub. Festivalda Qazaxıstanı təmsil edən quruluşçu rejissor ssenari müəllifi Janabey Jetiurovun "Yol gözətçisinin qeydləri" Ukrayna kinemotoqrafı Yeva Neymanın "Çay kənarında" filmləri maraqla qarşılanıb.

 

525-ci qəzet.-2007.-7 sentyabr.-S.7.