İzzət Orucovaya həsr olunmuş xatirə gecəsi keçirilib

 

Dövlət Film Fondunda Azərbaycanın ilk aktrisalarından biri, tanınmış alim İzzət Orucovaya həsr olunmuş xatirə gecəsi keçirilib.

Fondun direktoru, əməkdar incəsənət xadimi C.Quliyev tədbiri açaraq bildirmişdir ki, o "İzzət Orucova" adlı sənədli fılm çəkib.

Kinoşünas Aydın Kazımzadə İzzət Orucovanın kino yaradıcılığından, böyük dramaturqumuz Cəfər Cabbarlı tərəfindən “Sevil” filmində baş rolda çəkilməsindən bu yolda üzləşdiyi çətinliklərdən, kinodan uzaqlaşmasının səbəblərindən danışıb.

Tədbir çərçivəsində aktrisanın həyat va yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib. Sərgidə fondda va onun şəxsi arxivinda qorunub saxlanılan müxtəlif sənədlər, həmin dövrün incəsənət adamları ilə çəkilmiş fotoşəkillər, böyük dramaturq və mədəniyyət xadimi Cəfər Cabbarlı haqqında xatirələr da yer alıb. Sənədləri Dövlət Film Fonduna alim və aktrisanın Amerika Birləşmiş Ştatlarında yaşayan nəvəsi təqdim edib.

 

Azad Azərbaycan.- 2007.- 21 sentyabr.- S. 8.