Kino bazarı sahəsində inhisar var


Şamil Nəcəfzadə: “Azərbaycanda kinoteatr şəbəkəsi bərpa olunmalıdır


Çəkilən filmlərin hamısı şedevr olubOskarala bilməz axı...”

Müasir kinomuzun problemləri haqda dəfələrlə yazmış, kino mütəxəssislərinin problemə münasibətini öyrənmişik. Azərbaycan kinosunun hazırkı durumu gələcək inkişaf perspektivləri haqda tanınmış rejissor Şamil Nəcəfzadənin fikirlərini öyrənməyi zəruri hesab etdik. Şamil Nəcəfzadənin fikrincə, araya-ərsəyə şedevr filmlər gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur.

- Şamil müəllim, siz bir çox xarici ölkələrdə olmusunuz. Avropa ölkələrinin kino sənəti ilə Azərbaycan arasında kimi fərqlər görürsünüz? Məsələn, bizim gənc nəsli kinomuzdan, musiqimizdən, milli dəyərlərimizdən daha çox internetdə vaxt keçirmək maraqlandırır. Sizcə, bu ilə bağlıdır?

- Bilirsinizmi, indi internet əsridir. Biz internet vasitəsilə hər hansı bir məlumatı əldə edə bilərik. Amma ondan mənəvi qida ala bilmərik. Məsələn, biz sovetlər dönəmində düşünürdük ki, Qərbdə əlçatmaz bir həyat var. Bu, maddiyyat nöqteyi-nəzərindən ola bilərdi, amma o cəmiyyətin özünün mənəviyyatla bağlı kifayət qədər problemi vardı. Mən ora tez-tez gedirəm, ab-havanı görürəm. İndiki Qərb mədəniyyəti mənəvi problemlər üzərində köklənib. Əgər burada maddiyyat varsa, mənəviyyat yoxdursa, bu o demək deyil ki, ölkə yüksək səviyyədədir. Mən istəməzdim ki, bu gün biz o yolla gedib əvvəlcə maddiyyat toplayaq, sonra da yox olmuş mənəviyyatımızı yenidən bərpa edək. Bu gün biz inkişaf yolundayıq bu yola yenicə qədəm qoymuşuq. Biz bu gün onların təcrübəsindən bəhrələnərək, onların səhvlərindən düzgün nəticə çıxararaq mədəniyyətimizi itirməməliyik.

- Necə düşünürsünüz, sovetlər dönəmində Azərbaycanın müxtəlif əyalətlərinin həyatını əks etdirən filmlər öz aktuallığını hazırda niyə itirib?

- Təbii ki, elə filmlər var, amma bu halı bütün filmlərə şamil etmək düzgün olmazdı. Bəzi filmlərin öz baxımlılığını itirməsinə səbəb isə onların zəmanə ilə ayaqlaşa bilməməsidir. Bu günə qədər minlərlə əsər yaradılıb. Onların hamısı yadda qala bilməz ki... Görürsünüz, bəzisi bu günümüzə kimi aktualdır. Əslində isə əsl incəsənət əsərləri sabahla bağlı olmalıdır. Məsələn, götürək eləArşın mal alanı “O olmasın, bu olsunu. Buradakı hadisələr təkcə XIX əsrin sonu ilə bağlı problemlərlə əlaqəli deyil. Məhəbbət, sevgi hissləri həmişə olub, bir atanın var-dövlətə görə qızını yaşlı bir insana verməsi problemi bu gün aktualdır. “Leyli Məcnun”, “Romeo Cülyetta s. əsərlər bu qəbildəndir bu filmlərə həmişə tələbat olacaq. Ümumilikdə isə əsər yaranarkən məram bilinməlidir, hədəf seçilməlidir.

- Yaxşı, bəs müasir kinomuzun problemləri haqda deyə bilərsiniz? Olmaya siz çatışmazlıqları texniki avadanlıqların ayağına yazacaqsınız?

- Sizə maraqlı bir faktı deyim, kino yaranarkən texniki ixtira kimi yaranıb. Bilirsinizmi, filmlərin keyfiyyətli alınması üçün avadanlıqlar mütləq güclü olmalıdır.

- Şamil bəy, bəzi həmkarlarınız filmlərin beynəlxalq festivallara qatıla bilməməsini texniki avadanlıqların köhnə olması ilə əlaqələndirir.

- Rejissorun filmi festivalda qalib gəlmirsə, bunun səbəbini texnika ilə əlaqələndirmək sadəcə absurd olardı. Digər tərəfdən, əgər mənim filmim festivala qatılıb deyə mütləq mükafat almalıyammı? Çəkilən filmlərin hamısı şedevr olubOskarala bilməz axı...

- Dərd orasındadır ki, indiyədək çəkilən filmlərimizin ümumiyyətlə heç birOskarala bilməyib...

- Mən fikirlərinizlə şərikəm. Amma siz bilirsiniz ki, Moskva birdən-birə tikilməyib... Bir rejissor kimi düşünürəm ki, bizə bir ildə 3-4 film çəkmək yaraşmaz, gərək 20 film çəkilə. Bir faktı da deyim, Estoniya kimi kiçik dövlət il ərzində 5 film çəkir.

- Kinonun problemlərindən danışdıq. Bir az da kinoteatrlarımıza nəzər salaq. Onların durumu sizi qane edirmi?

- Bizdə ilk növbədə kinoteatr şəbəkəsi bərpa olunmalıdır. Hətta kinoteatrların sayı çoxalmalıdır ki, tamaşaçılar çəkilən filmləri kinoteatrlardan izləyə bilsin. Bilirsiniz ki, hər hansı filmi kinoteatrda izləmək ona evdə ekran qarşısında baxmaqdan daha maraqlıdır. Hətta bir misal çəkim, evdə ekran qarşısında əyləşib kinoya baxır tez-tez televizorun düyməsini çevirib paralel olaraq digər kanallarda gedən verilişləri izləyirsən. Bax, bunu kinoteatrda eləmək olmur. Bizdən çox-çox zəif olan ölkədə - Gürcüstanda dünya standartlarına tam cavab verən 5 kinoteatr var. Bizdə təkcəAzərbaycankinoteatrı fəaliyyət göstərir. “Nizamikinoteatrı da təmirə bağlanıb. O da hazır olsa, iki kinoteatr olacaq, amma yenə azdır. Təkcə Bakıda yox, Gəncədə, Naxçıvanda, Şəkidə, Lənkəranda, Qazaxda da kinoteatrlar yaradılmalıdır.

- Maraqlıdır, görəsən, bizdə niyə çoxseriyalı filmlər çəkilmir?

- Teleserialın ərsəyə gəlməsində ilk növbədə televiziya kanalları maraqlı olmalıdır. Götürək Rusiyanı. Rusiya kanalları reklam bazarında reklam əldə etmək üçün rəqabət aparırlar. Televiziya məkanında böyük iqtisadiyyat olduğuna görə öz reytinqlərinin yüksək olması üçün həmin filmləri alırlar. Tamaşaçılar həmin filmlərə baxır, nəticədə televiziyanın reytinqi yüksəlir. Amma bizdə televiziya kanalları arasında belə rəqabət yoxdur. Çünki onların maliyyə mənbəyi reklamdan gələn gəlir üzərində qurulmur. İnandırım sizi, əgər bizdə çoxlu milli serial çəkilsə, onunla maraqlanacaqlar. Çünki bizi öz həyatımız maraqlandırır. Serialların çəkilməməsində əsas problem isə bazar mexanizminin olmamasıdır. Bu sahədə inhisar var.

- Sizcə, indiki dövrdə hansı janrda çəkilən filmlərə daha çox tələbat var?

- Biz ötən il bununla bağlı statistik araşdırma aparmışdıq. Araşdırmamızdan məlum olmuşdu ki tamaşaçılar daha çox tarixi filmlərə baxır. Amma hər rejissorun öz yolu var, hamı müxtəlif səpkidə əsərlər çəkib ortaya qoysa, tamaşaçı daha əlverişli seçim edə bilər.

- Bildiyimizə görə, siz ssenari yazırsınız...

- Bəli, hərdənbir ssenari yazıram.

- Yazdığınız ssenarilərdən razısınızmı?

- Qismən. Bir insan özündən tam razıdırsa, onda o, xəstədir. İnsan anbaan inkişaf edir beynindəkilər dəyişir. Bəzən çəkiliş zamanı görürsən ki, ssenari qənaətbəxş deyil. Bax, əsl faicə budur.

- Bizim yetərincə peşəkar kino aktyorlarımız var. Görəsən, rejissorlarımız bəzən filmlərinə niyə əcnəbi aktyorları dəvət edir?

- Siz bu sözü əslində mənə deyirsiniz. Mənim filmimdə rus ailəsi olduğuna görə həmin rolu rus aktrisasına vermişəm. Axı həmin filmi azərbaycanlı aktrisa oynaya bilməz, onda inandırıcı da alınmaz. Digər filmlərə gəldikdə isə bu, təkcə rejissordan asılı deyil. Əvvəlcədən filmin çəkilişlərinə başlayanda bir neçə aktyor sınaqdan keçir. Hansı daha təbii alınsa, hansı aktyor o obrazı rejissorun gördüyü kimi canlandırsa, seçim nəticəsində rol ona verilir.

Yeni Müsavat.- 2007.- 29 sentyabr.- S.13.