Rüstəm Z.
Bizim qəddar peşəmiz var
Aleksandr Buldakov Bakıya
gəlişinin əsl səbəblərini
açıqladı
Rusiyanın xalq artisti,
son zamanlar çəkilən bir çox bədii və
sənədli filmlərin əsas rollarının
ifaçılarından olan Aleksandr Buldakov Bakıdadır. IX
"Şərq-Qərb" festivalına qonaq qismində
qatılan rus aktyorun iştirak etdiyi heç bir film
nümayiş etdirilməyəcək. Buna baxmayaraq, o, festivalda
qonaq kimi iştirakından məmnundur. A.Buldakov sənəti
ilə bağlı bəzi məqamları qəzetimizə
danışdı.
- İlk dəfədir Bakıdasınız?
- Yox, ilk dəfə deyil. 15 il əvvəl Azərbaycana
gələrək Bakını gəzmişdim.
Açığını deyim ki, budəfəki
səfərimdə xeyli müqayisə etdim. İndiki Bakı
əvvəlkindən çox fərqlənir. Hər
şeyə diqqətlə baxdım. Gördüm ki, bu tamam
başqa şəhərdir. Diqqətimi ən əvvəl buradakı
səliqə çəkdi. Yeni tikililər, maraqlı
yerlər var. Məmnuniyyətlə burada daha çox
qalıb, Bakını gəzmək istərdim.
- Başqa ölkələrdə çəkilən
filmlərə dəvət olunursunuz?
- Belə hallar olub, amma həmin filmlər çox da reklam
edilməyib. Mən əsasən kino ili olanda hansısa
tədbirlərə qatılıram. Əslində hər il
bir neçə kino layihələrinə dəvət olunuram.
Bir məqama diqqət yetirmək istəyirəm. Bəzi aktyorlar
filmlərə münasibətdə fərq qoyurlar. Bu,
əslində düz deyil. Bu mənim işimdirsə, hər
bir rolu özümə doğma hesab etməyə borcluyam. Bir
çox hallarda seriallar arasında fərq qoyulmasının
şahidi oluram. Bu, artıq yaradıcılıq demək deyil.
Serial lap Afrikada çəkilsin, nə fərqi var?
İşinə ciddi yanaşan hər bir kəs
istənilən rolun öhdəsindən gələ bilər.
Bir halda ki bu mənim işimdir, o zaman ondan niyə uzaq
qaçmalıyam?
- İşinizdan razısınız?
- Çox təəssüflər olsun ki, bizim qəddar
peşəmiz var. O səni götürürsə, artıq
həmişəlik onunsan. Sonrasını
düşünmürsən də. Ona görə diqqətli
olmaq lazımdır. Hesab edirəm ki, aktyor idmançıya
bənzəməlidir. Yəni həmişə məşq
edib, işləməlidir. Hərəkətdə olmasan, bir
çox şeyləri itirəcəksən. Mənim də öz
prinsiplərim var. Hansısa seriala çəkilməyə
razılıq verəndə, əvvəlcə onun
materialını diqqətlə nəzərdən
keçirirəm. Obrazla
- Özünüzü rejissor
kimi sınamaq niyyətiniz olub?
- Belə planlarım
var. Ya ikinci
rejissor, ya da ikinci prodüser
kimi iş görməyi düşünürəm.
Artıq
əsər də seçmişəm. Əgər alınsa,
Viktoriya Tokirovanın məşhur povesti əsasında çox gözəl dramatik film çəkmək istəyirəm.
Zənnimcə, yaxşı alınacaq.
Hər halda mən buna inanıram. Əslində onun povestini
seçməyim təsadüfi
deyil. Çünki bu film tam başqa
olacaq. Məqsədimiz odur ki, insanlara bu dəfə
yeni bir şey təqdim edək. Yəni insanlar atəşdən,
qandan, dəhşətlərdən
beziblər. Onlar sakitlik
istəyirlər. İstəyirlər ki, filmi izlədikdə
normal insan kimi ağlayıb, gülsünlər.
Qəddarlıq artıq
insanları cana
doydurub. Bunu nəzərə alaraq, çəkməyi istədiyimiz filmin böyük əhəmiyyətə
malik olacağını
düşünürəm. Düzdür,
bəzi problemlər də var. Film çəkilişindən
danışırsansa, öncə
onun maddi tərəfini də düşünməlisən. Maliyyə məsələsi həll
olunduqdan sonra film layihəsini gerçəkləşdirəcəyik.
- Azərbaycan filmlərindən
hansına baxmısız?
- Əsasən sovet dövründə baxmışam. Azərbaycan
filmlərindən gördüyüm
ilk film "Arşın mal alan" olub.
Bu filmə baxanda
uşaq idim. Yadımdadır ki, "Arşın mal alan"
vaxtında çox uğur qazanmış film
idi. Nəinki Azərbaycanda, respublikadan kənarda da çox sevilirdi. Amma daha çox
Azərbaycan filmləri
ilə
Ayna.- 2007.- 11 sentyabr.-
S. 8.