Samirə

 

Mədəni təcavüz

 

Polad Bülbüloğlu: "Biz ən qəti şəkildə mübarizə aparmalıyıq"

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın ORT kanalında yayımlanan "Lednikovıy period" verilişində yol verilmiş saxtakarlıq faktının araşdırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı "www.day.az" saytına müsahibə verib. Müsahıbədə səfir bıldırıb kı, "ANI records" şirkətinin buraxdığı diski əldə edib (Moskvanın Belarus vağzalında yerləşən satış məntəqəsindən - S.) dinlədikdən sonra bir sıra məqamlar aydınlaşıb. Məlum olub ki, diskə daxil edilmiş Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı əsərin yalnız ikinci - ritmik fraqmentini əks etdirir. Rəqs nömrəsinin aşağı templi hissəsindən ötrü verilişin təşkilatçıları "Sehrli balaban" ("Maqiçeskiy duduk") diskindən istifadə ediblər.

P.Bülbüloğlu: "Biz bu diski tapdıq. Aşkar oldu ki, bu, "pirat" diskdir. Onun üz qabığında isə pafosla bu sözlər yazılıb: "erməni tarixinin ilkin dövrlərində yaranmış balaban əsl erməni musiqi alətidir". Lakin diskin elektron versiyası ilkin mənbəni üzə çıxarmaqda bizə kömək etdi".

P.Bülbüloğlu qeyd edib ki, əsas araqarışdıranın məşhur Civan Qasparyan olduğunu da müəyyənləşdiriblər. Qasparyanın "duduk" - yamaq adı ilə balabanda ifa etdiyi melodiyaların toplandığı disk "The Art of Armenian Duduk" adlanır. Bu disk 2001-ci ildə buraxılıb. T.Quliyevin "Sənə qalmaz" mahnısı diskdə "I have a word witlı a prayer" adlandırılıb: Musiqi parçasının ''müəllifi" kimi isə Mkrtç Malxasyan adlı birinin ismi göstərilib.

P.BülbüIoğlu: "Təəssüf ki, bu, qarşılaşacağımız yeganə gözlənilməzlik deyilmiş. Diskdə toplanmış 15 mahnıdan 8-i Azərbaycan bəstəkarlarının əsərləridir. Yapma adlar müəlliflər pərdəsi altında nəinki Tofiq Quliyevin, həm Cahangir Cahangirovun, Rauf Hacıyevin, Emin Sabitoğlunun, Ələkbər Tağıvevin, Eldar Mansurovun (bir sözlə, mahnı janrının, melodiya yaratmaq sənətinin ən bacarıqlı sənətkarları sırasında dayananlar - S.) mahnıları toplanıb. Belə bir faktı yalnız Azərbaycan musiqisinə mədəni təcavüz kimi qiymətləndirmək olar. Buna görə biz ən qəti şəkildə mübarizə aparmalıyıq. Düşünürəm ki, belə məsələlərin çözülməsinə hüquqşünasları beynəlxalq səviyyəli ekspertləri cəlb etmək lazımdır. Bu cür hərəkətlər cəzasız qalmamalıdır".

 

Həftə içi.- 2007.- 25 sentyabr.- S. 6.