Sənədlərin imzalanması mərasimi

 

Sen t yabrın 13-də, dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun iştirakı ilə rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Valdas Adamkus Azərbaycan Respublikası Litva Respublikası arasında tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə Litva Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Litva tərəfdən mədəniyyət naziri Yonas Yuças imzaladılar.
Azərbaycan Respublikası hökuməti Litva Respublikası hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Litva xarici işlər naziri Pyatras Vaytekunas imzaladılar.
Azərbaycan Respublikası hökuməti Litva Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Litva tərəfdən mədəniyyət naziri Yonas Yuças imzaladılar.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında vergi məsələləri üzrə informasiya mübadiləsi haqqında sazişi Azərbaycan vergilər naziri Fazil Məmmədov, Litva tərəfdən Dövlət Vergi Müfəttişliyinin sədri Modestas Kaselyauskas imzaladılar.

 

Azərbaycan.-2007.-14 sentyabr.-S.2.