IX "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalından

 

Açış

Keçən həftə, yəni sentyabrın 5- Yaşıl Teatrda baş tutan təntənəli açılış mərasimi ilə IX "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı öz işinə başladı.

Əvvəlcə təntənəli mərasim barədə....

Azərbaycan hökumətinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən IX "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivanın açılış mərasimində Azərbaycan hökuməti adından festivalın qonaqlarını salamlamaq üçün səhnəyə çıxan Əbülfəs Qarayev çıxışında "Şərq-Qərb" festivallar festivalının artıq ənənəyə çevrildiyini dedi: "Bu il festivalda 12 ölkənin iştirak etməsi faktı bizi çox sevindirir. Bu, festivalın coğrafiyasının genişlənməsindən xəbər verir. Mən sizə böyük uğurlar, Bakıda vaxtınızı fayda və maraqlı keçirməyinizi arzulayıram. Biz, necə deyərlər, köhnə-təzə Yaşıl Teatrda toplaşmışıq. Yaşıl Teatr beş-altı ay əvvəl istifadəyə verilib. Mən sizin hamımzı lən il onuncu yubiley festivalına dəvət edirəm. Ümidvaram ki, onun açılışı hazırda təmir olunan Heydər Əliyev adına Sarayda keçiriləcək".

Nazirin çıxışından sonra Yaşıl Teatrın səhnəsinə qalxan xalq artisti, Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev tədbir iştirakçılarını festivalın proqramı ilə tanış etdi. Belə ki, bu ilki festivalda bakılı kinosevərlərə "Üç qız" (Azərbaycan; rej.: Murad İbrahimbəyov), "Məhkumlar" (Azərbaycan; rej.: Mehriban Ələkbərzadə), "Cavid ömrü" (Azərbaycan; rej.: Ramiz Həsənoğlu), "Çay kənarında" (Ukrayna; rej.: Eva Neyman), "Dondurmam qaymaq" (Türkiyə; rej.: Yüksel Aksu), "Ev heyvanları ilə səyahət" (Rusiya; rej.: Vera Storojeva), "Flandriya" (Fransa; rej.: Bruno Dümon), "Məcnun söyüd" (İran; rej.: Məcid Məcidi), "Oktyabr sərçələri" (Bolqarıstan; rej.: Anri Kulev), "Sadə şeylər" (Rusiya; rej.: Aleksey Popoqrebskiy), "Şəxsi heç nə" (Rusiya; rej.: Larisa Sadilova), "Rus üçbucağı" (Gürcüstan; rej.: Aleko Tsabadze), "Yol gözətçisinin qeydləri" (Qazaxıstan; rej.: Janabek Jetiurov), "Manqurt" (Türkmənistan; rej.: Xocaqulu Narlıyev) tammetrajlı bədii filmlərinə baxmaq imkanı verilmişdi. Həmçinin festival günlərində "Milli kino - böyük ekrana yol" mövzusunda dəyirmi masa, Uşaq Filmləri Festivalı və gürcü filmlərinin retrospektivi də tamaşaçılara təqdim olundu. Retrospektivə aşağıdakı filmlər daxil edilmişdi:

"Qeyri-adi sərgi - rejissor Eldar Şengelaya (1968)

"Xəyallar məzarlığı" - rejissor Georqi Xaindrava (1992-94).

"Qatar gedirdi" - rejissor Georqi Şengelaya (2005),

Açılış mərasiminin rəsmi hissəsindən sonra Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olundu.

IX "Şərq-Qərb" Bakı Beynəlxalq Kino Festivalının təntənəli açılış mərasimi Mehriban Ələkbərzadənin "Məhkumlar" filminin nümayişi ilə başa çatdı. son...

6 gün davam edən "Şərq-Qərb" Beynəlxalq Festivallar Festivalı sentyabrın 10-da "Azərbaycan" kinoteatrında xüsusi bağlanış mərasimi ilə işini bitirdi. Mərasim rejissor Murad İbrahimbəyovunÜç qızmacəra komediyasının nümayişi ilə başladı. Nümayişdən öncə rejissor filmin yaradıcı heyətini tamaşaçılara təqdim etdi. Daha sonra səhnəyə çıxan xalq yazıçısı, kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov festivalın simvolik nominasiyalarının qaliblərini açıqladı. Avrasiya Kinematoqrafiyasına görkəmli töhfəyə görəmükafatına tanınmış rejissor Pavel Çuxray türkmən rejissoru Xocaqulu Narlıyev layiq görüldü.

Ən yaxşı kişi obrazınominasiyasında qalib adını "Xəyallar məzarlığı" filmində iştirak etmiş Georqi Nakaşidze, “Ən yaxşı qadın obrazınominasiyasında isə "Ev heyvanları ilə səyahət" filmində baş rolun ifaçısı Kseniya Kutepova qazandı. "Bəşəriyyətə ən humanist ismarıc" verən rejissor adını "Yol gözətçisi" filminin rejissoru Janabek Jetiurov aldı.

Beləliklə, IX "Şərq-Qərb" Bakı Beynəlxalq Festivallar Festivalı işini tamamladı. Növbəti ilə qədər...

Boris Brodski, jurnalist

-  Mən daha çox televiziya ilə bağlıyam. Televiziya kinokompaniyaları üçün layihələr hazırlayıram. Eyni zamanda həm ssenarist rejissoram.

- Bütün filmləri izləyirsiniz?

- İmkan daxilində bütün filmlərə baxmağa çalışıram. Hərçənd festivalın proqramı o qədər maraqlı deyil. Amma nəsə tapmaq mümkündür.

- Maraqlı tapdınız?

- Bilirsiniz, ilk günlər bir az məyus olmuşdum. Filmlər zəif idi. Amma sonra artan xətt üzrə getdi. Məsələn, Murad İbrahimbəyovun "Üç qız" filmi göstərildi. Çox xoşuma gəldi. Yaxşı komediya ya gözlənilməz sonluqlu komediya ekşndir. Baxmaq yetərincə xoş idi. Filmdə günümüzün, müasir həyatımızın stilistikası verilib. Tarixi müasir paralellər aparılıb. Süjet orijinal inkişaf edir. Azərbaycanın bəzi milli xüsusiyyətləri verilib.

- Başqa?

- Bir dünən göstərilən "Rus üçbucağı" gürcü filmini bəyəndim. Müasir həyatın vacib sosial problemlərini qaldırır.

-  Baxdığınız filmlərdə hansısa ümumi tendensiyalar tapdınızmı?

-  Düzünü desəm, filmlərdən bir çoxu həddən çox realistliyi ilə fərqlənir. Məncə, bu o qədər yaxşı deyil. Düzdü, indi əvvəlki kimi xoşagəlməz porno, bayağılıq yoxdur. Amma realizm həddindən çoxdur. İnsanlar isə artıq xəyallar dünyasına, gözəl, maraqlı, həyati nağıllara baxmaq istəyir. Bu gün çəkilən filmlərin maraqlı olmasına baxmayaraq, hələ , xüsusən MDB ərazisindəki festivallarda gerçəkdən əla, dahiyanə filmlər göstərə bilmirlər. Yoxdur. Hələ əsl kino görünmür. Hələlik heç kim ən yüksək səviyyəyə qalxa bilməyib.

- Bəlkə bu ondan irəli gəlir ki, mövzular sona çatıb, təkrarlanır...

Həm rejissorlar ətrafımızda baş verənlərin üzərində işləyirlər. Təəssüf ki, vaxt gedir. Hamı vəziyyəti hiss etmir. Hiss etmir ki, tamaşaçı artıq realizmdən yorulub. Daha maraqlı şeylər istəyir. Prinsipcə, Muradın fılmi hətta o biri realist filmlərdən yaxşıdır. Hərçənd "Rus üçbucağı" kimi filmlər lazımdır. Günümüzü əks etdirən... Hər kəsin öz fikri var. Bunlar mənim  xoşuma gələn filmlərdir. Bir gürcü filmlərinin retrospektivi var. Gürcü kinosu həmişə gözlənilməz orijinaldır.

Maya-Gözəl Aymedova

- Maya xanım, xoş gəlmisiniz. Deyəsən, filminizi Bakı ekranlarında görmək sizi kövrəltdi...

- Məni daha çox yaxınlaşıb ağlayan qeyri-adi sözlər deyən tamaşaçılar təsirləndirdi.  Amma  siz dediyinizin təsiri var. "Manqurt" filmi 90-cı illərdə çəkilib neçə illərdir ki, qadağan edilmişdi. Belə bir filmi bu vaxta qədər tamaşaçıya həsrət qalması çox ağrılıdır. Filmin birinci dəfə Azərbaycanda göstərilməsi məni çox sevindirir.

-  Aktrisa ona həvalə olunan  rolu oynamağa borcludur. Amma elə rollar var ki, orada sadəcə təklif olunmuş vəziyyəti oynamaqla bitmir. SizinManqurt”da oynadığınız ana kimi...

-  Ola bilər. Bu ümumbəşəri ağrıdır, ananın ağrısıdır. Əgər nəsə çatmırsa... Mən sadəcə təqdim olunan vəziyyəti oynamışam. Bu rolu oynayanda məni  elə    incitmirdi. Məncə, hər şey normaldır.

 Xocaqulu Narlıyev, rejissor:                                    

- Sizcə, niyə belə qəddar orijinal işgəncələr Şərq üçün xarakterikdir?

-  Çünki sivilizasiya Şərqdə başlayıb. Şərqdə kəşflər ediləndə bütün Avropa, Rusiya cahillik içində idi. Əgər həyat varsa, o

bütün variantlarda tətbiq olunur həm yaxşı, həm pis. Hətta bir yerdə iki insanın mövcud olması artıq dünyaya iki baxış deməkdir. Onlar eyni cür fikirləşib, eyni cür yaşaya bilməzlər. Məsələn, onlardan biri qalib gəlmək üçün ikincini öldürmək istəyir, qətl variantı fikirləşir. Manqurtluq Çinin şimalında ixtira olunub. Mancurlar tərəfindən... İndi bu xalq yoxa çıxıb. Bu işgəncəni birinci onlar fıkiriəşiblər tətbiq ediblər. Sonra Şərqə yayılıb. Amma biz filmdə konkret ünvan göstərməməyə çalışmışıq. "Manqurt" insanlar arasındakı münasibətlər haqqındadır.

- Festivalda göstərilən filmlər arasında ümumi tendensiyalar görə bildinizmi?

- "Şərq-Qərb" elə festivaldır ki, burada ən yaxşı filmləri göstərirlər.  Ona görə hər şey yaxşı olmalıdır. Mən bütün filmlərə baxa bilmişəm.  Müasir cəmiyyətdə biz sanki  böyük bir meşənin içindəki kimiyik. Yol getmək çətindir. Amma bir cığır tapmışıq bir təhər yeriyirik. Sağımızı-solumuzu öyrənirik. Ondakı cığır bitir xaos başlayır, heç kim yerindən tərpənə bilmir. Moskvada axşamlar kanalları çevirirəm bir neçə dəqiqə öncə baxdığım filmi yenidən tapa bilmirəm. Çünki süjet eynidir, artıq filmlə hansısa təbiəti, ölkəni tanımaq, hadisələrin harada baş verdiyini bilmək mümkün deyil. Həyatda ən böyük xoşbəxtlik doğuluş,  ən böyük faciə isə ölümdür. Bu iki fakt yüksək qiymətləndirilməlidir. İndiki filmlərdə isə bir insan on nəfəri öldürür. Belə olan halda insan həyatının qiyməti qaldı? Bu baxımdan "Şərq-Qərb" festivalı yaşamı seçmiş filmlərin meydanıdır. Bütün dünya Şərqdən Qərbdən ibarətdir. Bu iki mədəniyyət, iki coğrafı məkan birləşməsi çox yaxşıdır...        

 

   Kino+.- 2007.- 14 sentyabr.- S. 4-5.