Şahtaxtı S.
Azərbaycanın
Mədəniyyət və Turizm naziri İranın
vitse-prezidenti ilə görüşmüşdür
Tehranda keçirilən
"İnsan hüquqları və mədəniyyət
müxtəlifliyi" mövzusunda konfransda iştirak edən
Azərbaycanın Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev sentyabrın 3-də İranın
vitse-prezidenti, ölkənin mədəni irs və turizm
işləri təşkilatının başçısı
Rəhim Moşayi ilə görüşmüşdür.
Görüşdə
xalqlarımız arasında əlaqələrin hazırkı
vəziyyəti, mədəni irsin qorunması
istiqamətində birgə səylərin vacibliyi və turizm
sahəsində əməkdaşlığın inkişaf
perspektivləri müzakirə edilmişdir.
Respublika.- 2007.- 4 sentyabr.- S. 3.