Məhərəmova T.

 

O yanı Qərb, bu yanı Şərq

 

yaxud nostalyi hissləri oyadan bayram

 

Srağagün yenicə təmirdən çıxıb istifadəyə verilən Yaşıl Teatrda IX Şərq-Qərb Bakı Beynəlxalq Kinofestivalı xeyli təmtəraqla açıq elan edildi. Bayramın əlvan rənglərini, parlaq çalarlarını heç şübhəsiz TV kanalları həftə boyu göstərəcək. Bu sayaq şou ovqatı həmkarlarımıza daha çox gərəkdir. Ancaq çox güman ki, bizim yazdıqlarımızı ekranlardan heç sezməyəcəksiniz.

Əvvəla xatırladaq ki, IX Şərq-Qərb (Est-West) Bakı Beynəlxalq Kinofestivalı Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən MDB Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə 1996-cı ildə yaradılıb. Əvvəllər festival ölkəmizin paytaxtında Festivallar Festivalı-"Filmfest" adı altında keçirilib. Ancaq bu gün çağdaş dünya qlobal, iqtisadi, siyasi, mədəni inteqrasiyanın dramatik dövrünü yaşadığı kimi, kinoekranın kətanında da bir-birinə zidd qüvvə təmayüllər toqquşduğundan, bu fəaliyyət konsepsiyasına uyğun olaraq, Bakı Beynəlxalq Kinofestivalı 1999-cu ildən "Şərq-Qərb" adlandırıldı. İldən-ilə festival coğrafiyasını genişləndirib. Əgər birinci forumda 5-6 ölkə iştirak edirdisə, sonrakı illərdə tədricən bu rəqəm 20-yə çatıb. Azərbaycan, Rusiya, Fransa, Almaniya, ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan, Litva, İsrail, İran digər beynəlxalq festivallar kinofondların rəhbərləri (ABŞ, Berlin, Nant, Rotterdam kinofestivallarının, Rusiyanın "Kinotavr" başqaları) Azərbaycan paytaxtına gələrək "Şərq-Qərb"in olduğunu görmək istəyib. Arik Kaplun, Cəfər Pənahi, Eldar Şengelaya, Filipp Yeledü, Georgi Daneliya, Nikita Mixalkov, Marius Balçunas, Marten Rişar, Pavel Çuxray, Reyis Varnye, Rəfiq Puyyə, Sergey Solovyov, Stanislav Qovoruxin, Tolomuş Oveyev, Yevlin Kaplun kimi görkəmli reyissorlar ölkəmizə gəlib. Bakının qonaqları dünya kinosunun yüzlərlə personayı - Aleksandr Abdulov, Kote Maxaradze, Lyudmila Çursina, Mayya Aymedova, Pyer Rişar, Sofiko Çiaureli kimi ekran ulduzları oldu. İndiyədək keçirilən festivalların proqramında Dəyirmi masalarda 100-dən artıq film göstərilib. Ötən əsrdə yaradılmış rus, Azərbaycan gürcü filmlərindən ibarət "Milli kinematoqrafiyaların başlanğıcına 2000-ci ildən baxış" adlı maraqlı retrospektiv böyük rezonans doğurmuşdu. Forumlardan biri isə Azərbaycan kinosunun 100 illiyinə həsr edilmişdi.

IX Şərq-Qərb festivalının coğrafiyası ötən illərə nisbətən daha da genişləndiyindən, həmçinin dəvətlilərin sayı da çoxaldığından mərasimi Yaşıl Teatrda keçirmək qərara alınıb. Xatırladaq ki, builki festival Azərbaycan hökumətinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilir

 

Kaspi.-2007.-7 sentyabr.-S.16.