Mükərrəmoğlu M.

 

Sabah Azərbaycanda IX Şərq-Qərb beynəlxalq kino festivalı öz işinə başlayır

 

Nəhayət ki, növbəti Şərq-Qərb kinofestivalının vaxtı yetişdi. Sabah BakıdakıYaşıl teatrda festivalın açılış mərasimi keçiriləcək. Festivalın açılışı Azərbaycan kinematoqrafçılarınınMəhkumlarfilmi ilə başlayacaq. Kinorejissor Mehriban Ələkbərzadənin yazıçı Çingiz Abdullayevin ssenarisi əsasında quruluş verdiyi bu filmdə çox ağrılı məhəbbət hadisəsi əks olunur. Cüzamlı xəstələrin müalicə olunduğu xəstəxanada işləməyə gələn həkim buradakı bir xəstə qıza vurulur. Onun hisslərini faciəvi sınaq gözləyir. Çünki əslində bu xəstələrlə ailə qurmaq qadağandır...
Rollarda Sevinc Əlişova, Ramin Hacıyev, Mehriban Ələkbərzadə, Mehriban Xanlarova, Nurəddin Quliyev Tariyel Qasımov çəkilmişlər.
Filmin nümayişindən əvvət tamaşaçıları maraqlı açılış proqramı gözləyir.
Sentyabrın 6-da festival çərçivəsində gürcü filmlərinin retrospektivi keçiriləcək. “İbrusteatrında keçiriləcək bu retrospektivə Eldar Şengelayanın çəkdiyiQeyri-adi sərgi”, Georgi Şengelayanın quruluş verdiyi “... qatar gedirdi”, Georgi XandravanınXəyallar məzarlığıfilmləri daxil edilmişdir.
Sonrakı günlər Türkiyənin, Rusiyanın, Fransanın filmlərinə baxmaq mümkün olacaq.
Azərbaycan kinematoqrafçıları festivala daha bir film — “Üç qızı təqdim edir. Bu filmin istehsalında Almaniya Rusiya kinematoqrafçıları da iştirak etmişlər. Kinorejissor Murad İbrahimbəyovun Ravel Finnin iştirakı ilə yazdığı ssenari əsasında quruluş verdiyi bu filmin süjeti II Dünya müharibəsi illərində Afrikada başlanmış bizim dövrümüzdə Bakıda tamamlanan bir təsviri sənət əsərinin yaranması ilə bağlıdır. Müxtəlif talelərin bağlı olduğu bu əsər əslində müəlliflər üçün istinad mənbəyidir.
Üç qızfilmində baş rolları Təranə Ocaqverdiyeva, Arzu Qədirbəyova, Aleksandr Fider ifa edirlər.
Azərbaycan kinosunun festivala daha bir filmi təqdim olunur. Cavid ömrüadlı bu kinolent böyük şairimiz, mütəfəkkir Hüseyn Cavid haqqındadır. İkiseriyalı filmin müəllifləri əfsanəvi yazıçının tərcümeyi-halından seçilmiş, gənclik, yaradıcılıq yetkinliyi, dostlar, düşmənlər, sevgi, xəyanət, DTK divarları arasında işgəncələr nəhayət ölümün əks olunduğu epizodlar XX əsr Azərbaycan mədəniyyətindəki həqiqi miqyası yüksək yerini müəyyən edən mərhələləri dramaturji düyünə bağlayırlar. Filmə rejissor Ramiz Həsənoğlu quruluş vermişdir. Cavid rolunda xalq artisti Rasim Balayev çəkilmişdir.
Festivala Türkmənistan rejissoru Xocaqulu Narlıyevin xüsusi proqramı da daxil edilmişdir. Bu proqramda rejissorunManqurtfilmi nümayiş etdiriləcək. 1990- ildə çəkilmiş filmdə baş rolu Maya Aymedova oynayır. Çingiz AytmatovunƏsrə bərabər günromanından manqurtlar haqqında əfsanəqədim zamanlardan əsrlərin yaddaşsızlaşdırılaraq manqurtlara çevrilməsindən bəhs edən bu filmin istehsalında Türkiyə və Liviya kinematoqrafçıları da iştirak etmişlər.
Festivalın proqramınaOktyabrda sərçələr” (Bolqarıstan), “Flandriya” (Fransa), “Rus üçbucağı” (Rusiya), “Məcnun söyüd”" (İran), “Ev heyvanları ilə səyahət” (Rusiya) , “Şəxsi heç ” (Rusiya), “Dondurmam qaymaq” (Türkiyə), “Çay kənarında” (Ukrayna) filmləri daxil edilmişdir.
Festivalın sonunda xüsusi mükafatların təqdimetmə mərasimi olacaq.

Xalq qəzeti
.-2007.-4 sentyabr.-S.4.