Mükərrəmoğlu M.
Şərq-Qərb
beynəlxalq kinofestivalının açılış
mərasimi əsl bayrama çevrildi
Sentyabrın 5-i axşam
kino həvəskarları “Yaşıl teatra”
axışırdı. Burada “Şərq-Qərb” kinofestivalının açılış
mərasimi keçiriləcəkdi.
Səhnədə IX beynəlxalq
kinofestivalın emblemi
asılmışdı. Kino
həvəskarları çoxdan
idi ki, belə
şadyanalıq görməmişdi.
Azərbaycanın görkəmli
sənət xadimləri
— aktyorlar, rejissorlar, bəstəkar və rəssamlar bir-birini təbrik edir, ara-sıra jurnalistlərin
suallarına cavab verir, dostlar, tanışlar bir-biri ilə görüşürdülər.
Budur, səhnəyə
musiqiçilər çıxırlar.
Onlar Azərbaycan və dünya musiqisindən nümunələr
ifa edirlər. Rəqqasələrin gözəl
rəqslərini, Sevda
Ələkbərzadənin, “Rast” qrupunun nəğmələrini tamaşaçılar
böyük maraqla qarşılayırlar.
Səhnəyə Azərbaycanın
mədəniyyət və
tarizm naziri Əbülfəs Qarayev dəvət olundu. Nazir qeyd etdi
ki, bu festival
əvvəlkilərdən bir
neçə xüsusiyyətinə
görə fərqlənir.
Festivalın açılışını
yeni-köhnə “Yaşıl teatr”da keçiririk. İlk dəfə olaraq Azərbaycanın üç filmi festivala təqdim olunmuşdur. Xüsusilə
qeyd etməliyəm ki, bu festivalın
keçirilməsi cənab
Prezidentimiz İlham Əliyevin kino sənətinin inkişafı
haqqında sərəncamından
sonra həyata keçirilən ilk genişmiqyaslı kino tədbiridir. Bilirsiniz ki, bu sərəncamda
Azərbaycanda kino sənayesinin inkişafına
xüsusi diqqət yetirilir. Növbəti festivalı, yəqin ki, bərpası davam edən Heydər Əliyev adına sarayda keçirəcəyik. Orada
beynəlxalq standartlara
uyğun kino avadanlıqları quraşdırılacaq.
Payızda biz “Nizami” kinoteatrının da təmirinə başlayacağıq. Növbəti
festivalın filmləri
orada göstəriləcək.
Əminəm ki, festival bu dəfə
də uğurla keçəcək və o, kinomuzun tarixi
yaddaşında yaşayacaqdır.
Sonra Kinematoqrafçılar
İttifaqının I katibi,
xalq artisti Rasim Balayev çıxış
etdi. O, “Şərq-Qərb” festivalının
tarixindən danışdı.
Qeyd etdi ki, sayca IX olan
bu festival əvvəlkilərdən bir
çox əlamətlərinə
görə fərqlənir.
Bu, ilk növbədə
iştirakçı ölkələrin
coğrafiyasının genişlənməsi,
onun məzmunca yeniləşməsində özünü
göstərir. Rasim Balayev
festivalı açıq
elan etdi
Nəhayət “Məhkumlar”
(rej. Mehriban Ələkbərzadə) filminin yaradıcı heyəti ilə görüşdən sonra
film nümayiş etdirildi. və onun işinə uğurlar arzuladı.
Fasilə vaxtı biz Azərbaycan kinematoqrafçılarının festival barədə fikirlərini öyrəndik.
Rafiq Əzimov, xalq artisti:
— Bu festival, doğrudan da, əsl bayramı xatırladır. Görün
nə qədər insan toplaşıb. Mən burada sənət dostlarımla görüşdüm. Biz
aktyorlar neçə vaxtdır ki, böyük ümidlə yaşayırdıq. Nəhayət,
möhtərəm Prezidentimiz
kino sənətinin inkişafı ilə bağlı sərəncam
imzaladı. Kinomuz, doğrudan da, böyük çətinliklərlə
üzləşmişdi. İndi
artıq filmlər çəkilir, festivallar keçirilir. Bunlar çox yaxşıdır.
Mən özüm yenicə çəkilişdən
gəlirəm. “Cavad xan” filmində Mirzə yolunda oynayıram. İndi pavilyonda işləyirik. Ən ağır səhnəni bu gün oynayırdım. Qəhrəmanımın ölüm
səhnəsi çəkilirdi.
Bu film də
tarixi ekran əsəri olacaq.
Çox arzu edərdim ki, bizim Azərbaycan filmləri festivallarda göstərilsin, mükafatlar
alsın. Bu festivalda Azərbaycan kinosu üç filmlə iştirak edir. Bu çox
sevindirici haldır . Festivala uğurlar arzulayıram. İnanıram
ki, Azərbaycan filmləri bu festivalın ən yaxşı mükafatlarını
alacaqdır.
Muxtar Maniyev, xalq artisti:
— “Şərq-Qərb”
kinofestivalı bizim kinonun inkişafda olduğunu göstərir.
Bu festivalın 1996-cı ildən iştirakçısıyam. Çəkildiyim
filmlər də bu festivallarda iştirak edib.
Mən dünyanın
məşhur kino xadimlərini bu festivallarda görmüşəm.
Məşhur fransız
aktyoru Piyer Rişarın Bakıya gəlişi böyük əks-səda doğurmuşdu. Rusiyanın
görkəmli aktyor və rejissorları da bu festivalda
iştirak etmişlər.
Prezidentimizin kinomuzun inkişafı ilə bağlı sərəncamı
öz nəticələrini
verməkdədir. Kinostudiyamız
təmir olunur, kinoteatrlarda əsaslı təmir işlərinə
başlanılır. Filmlər
də ki çəkilməkdə davam
edir. Güman edirəm ki, belə getsə, yaxın gələcəkdə
kinomuzun əvvəlki
imici özünə qaytarılacaq.
Mən festival iştirakçılarını salamlayır, ona öz işində uğurlar arzulayıram.
Tofiq İsmayılov, kinorejissor, əməkdar incəsənət xadimi, Türkiyənin Memar Sinan Universitetinin professoru:
— Mən hər il bu festivala
dəvət alıram.
Bu gün də Türkiyədən
bir saat əvvəl qayıtmışam.
Elə birbaşa “Yaşıl teatr”a gəlmişəm. Azərbaycan kinosunun gələcək inkişafına
böyük ümid bəsləyirəm. 14 ildir
İstanbuldayam. Orada Azərbaycan kinosunun təbliği ilə bağlı çox işlər gördüm.
İstanbulda üç
dəfə “Türk dünyası” kinofestivalı
keçirtdim. Bu festivalda biz Azərbaycan kinosuna daha üstün yer verdik.
Bu festivalı təşkil edənlərə
öz minnətdarlığımı
bildirirəm. Keçmiş
sovet respublikaları kinematoqrafçılarını bir yerə toplamaq
baxımından bu çox əhəmiyyətlidir.
Biz bir yerdə
təhsil almış
sənət adamlarıyıq.
Belə görüşlər
bizi yenidən yaxınlaşdırır.
“Şərq-Qərb” kinofestivalı uluslararası
bir festivala çevrilir.
İnanıram ki, bu festivalın coğrafiyası daha da genişlənəcək
və o, əsl beynəlxalq kinofestival statusu qazanacaq.
Nuriyyə Əhmədova,
xalq artisti:
— İlk növbədə
Kinematoqrafçılar İttifaqına,
onun rəhbərliyinə
minnətdaram ki, belə bir beynəlxalq
tədbiri təşkil
edib, ərsəyə
gətirə biliblər.
Bu festival ilk dəfə fəaliyyətə başladığı
vaxtdan bu günə kimi mən onun iştirakçısı
olmuşam. Hər dəfə bir yenilik var, irəliləyiş
var. Möhtərəm
Prezidentimizə minnətdaram
ki, Azərbaycan kinosunun inkişafına belə yüksək qayğı göstərir.
Biz sənət adamlarına bu gün işləmək, gözəl filmlər yaratmaq qalır.
Hazırda studiyamızda
təmir işləri
gedir, yeni çəkiliş avadanlıqları
alınır. Kinoteatrlarımız
təmir olunaur. Dövlət Film Fondu üçün yeni bina inşa
edilir. Bunlar hamısı o deməkdir ki, milli kinomuzun gələcəyinə böyük
ümidlə baxmaq olar.
Bu festival bizim üçün ikiqat bayramdır. Çünki
həm filmlərimiz göstərilir, həm də müxtəlif ölkələrdən gəlmiş
sənət dostlarımızla
görüşürük. Ümid edirəm ki, bu festival
biz kinematoqrafçıları
daha da yaxınlaşdıracaq
və gələcək
yaradıcılıq
üçün yeni stimul verəcək.
Xalq qəzeti.-2007.-7
sentyabr.-S.6.