IX Şərq-Qərb
beynəlxalq kino festivalına start verildi
Dünən "Yaşıl teatr"da
"Şərq-Qərb" festivalının açılış
mərasimi keçirildi. Festivalın açılışı Azərbaycan
kinematoqrafçılarının "Məhkumlar" filmi ilə başlandı.
Kinorejissor Mehriban Ələkbərzadənin
yazıçı Çingiz
Abdullayevin ssenarisi əsasında quruluş verdiyi bu filmdə
çox ağrılı
məhəbbət hadisəsi
əks olunur. Cüzamlı xəstələrin müalicə olunduğu xəstəxanada işləməyə
gələn həkim buradakı bir xəstə qıza vurulur. Onun hisslərini faciəvi
sınaq gözləyir.
Əslində bu xəstələrlə ailə
qurmaq qadağandır...Baş rollarda Sevinc Əlişova, Ramin Hacıyev, Mehriban Ələkbərzadə,
Mehriban Xanlarova, Nurəddin Quliyev və Tariyel Qasımov çəkilmişlər.
Festivalın davamı olaraq,
sentyabrın 6-da gürcü
filmlərinin retrospektivi
keçiriləcək. "İbrus" teatrında keçiriləcək
bu retrospektivə Eldar Şengelayanın çəkdiyi "Qeyri-adi
sərgi", Georgi Şengelayanın quruluş
verdiyi "...Və
Festivalın sonrakı günlərində
Türkiyənin, Rusiyanın,
Fransanın filmlərinə
baxmaq mümkün olacaq.
Azərbaycan kinematoqrafçıları festivala daha bir film - "Üç qız"ı təqdim edəcək. Bu filmin istehsalında Almaniya və Rusiya kinematoqrafçıları
da iştirak etmişlər. Kinorejissor
Murad İbrahimbəyovun
Ravel Finnin iştirakı
ilə yazdığı
ssenari əsasında quruluş verdiyi bu filmin süjeti
İkinci Dünya müharibəsi illərində
Afrikada başlanmış
və bizim dövrümüzdə Bakıda
tamamlanan bir təsviri sənət əsərinin yaranması
ilə bağlıdır.
Müxtəlif talelərin bağlı
olduğu bu əsər, əslində,
müəlliflər üçün
istinad mənbəyidir.
"Üç
qız" filmində
baş rolları Təranə Ocaqverdiyeva, Arzu Qədirbəyova, Aleksandr Fider ifa edirlər.
Azərbaycan kinosunun festivala
daha bir filmi də təqdim
olunub. "Cavid ömrü" adlı bu kinolent
böyük şairimiz,
mütəfəkkir Hüseyn
Cavid haqqındadır.
İkiseriyalı filmin
müəllifləri əfsanəvi
yazıçının tərcümeyi-halından
seçilmiş, gənclik,
yaradıcılıq yetkinliyi,
dostlar, düşmənlər,
sevgi, xəyanət,
DTK divarları arasında
işgəncələr və
nəhayət, ölümün
əks olunduğu epizodlar XX əsr Azərbaycan mədəniyyətindəki
həqiqi miqyası və yüksək səviyyəsini müəyyən
edən mərhələləri
dramaturji düyünə
bağlayırlar. Filmə rejissor
Ramiz Həsənoğlu
quruluş vermişdir.
Cavid rolunda xalq artisti
Rasim Balayev çəkilmişdir.
Festivala Türkmənistan rejissoru Xocaqulu Narlıyevin xüsusi proqramı da daxil olunmuşdur. Bu proqramda rejissorun
"Manqurt" filmi nümayiş etdiriləcək.
1990-cı ildə çəkilmiş filmdə
baş rolu Maya Aymedova oynayır. Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanından manqurtlar haqqında əfsanə - qədim zamanlardan əsrlərin yaddaşsızlaşdırılaraq
manqurtlara çevrilməsindən
bəhs edən bu filmin istehsalında
Türkiyə və Liviya kinematoqrafçıları
da iştirak etmişlər.
Festivalın sonuncu günü
mükafatların təqdimetmə
mərasimi keçiriləcək.
Səs.-2007.- 6 sentyabr.-S.12.