IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalından

 

"Şərq-Qərb" festivalının təşkilatçiları festivaldan əvvəl bildirmişdilər ki, festival çərçivəsində I Bakı Beynəlxalq Uşaq Festivalı kəçiriləcək. Vı festival sentyabrın 8-də "İbrus" Teatrında uğurla öz işinə başladı.

Bir çox təşkilatların, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və digərlərinin birgə təşkil etdiyi bu festivalı başqalarından fərqləndirən tədbirin iştirakçılarının və tamaşaçıların əksəriyyətinin yaşca kiçik uşaqlar olması idi. O ki qaldı festivalın təmtərağına, o, heç də digərlərindən fərqlənmirdi.

Zalda əyləşən balaca tamaşaçıların davranışları və emosiyaları festivalın ab-havasını tamamlayırdı. Festivalda 3 ölkədən - Azərbaycan, Gürcüstan və Rusiyadan 17 film iştirak edirdi. Bunlardan 11-i bədii və 6-sı sənədli idi. Festivalda Bakı Avropa Liseyinin şagirdləri iştirak edirdi. Bu festivalın inkişaf etməsində Azərbaycan kinosunun gələcəyinə zəmanət verən özülü kimi qiymətləndirmək olar. Ayaz Salayev festival haqqında öz fikirlərində bildirib ki, uşaq festivalı az əhəmiyyətli hadisə deyil, çünki o ilk dəfə keçirilir, ikincisi isə, geniş uşaq auditoriyasını bu gözəl sənətə cəlb etməyə imkan verir. "Bu çox vacibdir. Əgər yada salsaq, onlar həmişə şeir yazır, şəkil çəkir, isə qururdular, lakin heç kim uşaqlıqda kino çəkməmişdir. Halbuki, bir çox ölkələrdə kinematoqrafiya fəal işləyən kinosevərlər dərnəklərindən, uşaq kino məktəblərindan başlanır. Bir çox tanınmış rejissorlar öz yaradıcılıq yoluna məhz oradan başlayıb". Onun dediyinə görə, uşaqlar yeniyetmələr (festivalda 8-12 yaşlı uşaqların filmləri təqdim olunmuşdur) öz auditoriyasını tapıb, Bu, Uşaq öz filmi ilə yaşlı adamda maraq doğura bilərmi?" sualına bir növ cavabdır.

Bu, həm onun şəxsi yaradıcılıq mövqelərinin təsdiqidir. Burada hər şey sadədir. O, öz gözü ilə görüb inanır ki, onun filminə baxırlar, onu anlayırlar, özü isə böyük kino prosesin bir hissəsidir. Uşaq kino məktəbinin yaradılmasına gəldikdə isə, mexanizm artıq işə salınmışdır. Hər şeydən göründüyü kimi, birinci uşaq kinofestivalının nəticələri bu məsələnin həllinə təkan verəcəkdir.

Festivalın ilk sözünü Cəmil Quliyev dedi. Tamaşaçıları tədbirin təşkilatçıları, münsiflər heyəti ilə tanış etdi. Sonra filmlərin nümayişinə start verildi. İlk nümayiş Rübabə Mirfeyzullayevanın "Sehrli qələm" filmi oldu. Filmdə oxumaqdan bəzən şagirdə hədiyyə olunmuş sehrli qələmin ona gətirdiyi pərtlikdən söhbət açılır. Babək Abbasovun Tofiq Tağızadəyə həsr etdiyiDahi rejissor sənədli filmi cansıxıcı olsa da maraqlı idi”. Film haqqında danışılan rejissor onun filminin qəhrəmanlarının fotoları üzərində hazırlanmışdı. Sahilfilmi həm həcmcə, həm mövzu baxımından seçilirdi. Ümumiyyətlə, Babək Abbasovun "Dahi rejissor" "Sahil" filmlərini çıxmaq şərtilə festivalda iştirak edən filmləri iki hissəyə bölmək olardı. Birinci sənədli filmlər, ikinci isə müasir şou aləminə yaxın qısa lətifələrə meyl edənlər. Birinciyə Rəbiyyə Novruzovanın "Şəhid", İbrahim Cəmşidinin "Heyvanlar aləmi" Alp ƏliyevinKiçik  dostlarfilmini aid etmək olar. İkinciyə isə Anaxanım Əhədovanın "Dərs",  Rübabə Mirfeyzullayevanın "Sehrli qələm", Günay Məmmədovanın "Balaca   alim", Fərhad  Rəhimlinin "Duel" "Yoxlama" filmləri bu silsilədən id|i. Yeri gəlmişkən adlarını çəkdiyim ikinci qrup filmlərdə hadisələrin çoxu  sinifdə baş verir. Bu filmlərə baxanda AzTV-də nümayiş olunan uşaq verilişi "Bizim sinif-"i xatırladım. Bu filmlərin hamısı Azərbaycanda yer alan şou verilişlərin gələcək davamı kimi təsir bağışlayır. Rusiyanı təmsil edən Viktor Surikonun "Görüş" filminin qəhrəmanları qız oğlanın əlləri idi. Özlüyündə uşaq üçün tapıntılı maraqlı film idi. Festivalda ən çox yer tutan filmlər Gürcüstan fılmləri idi. Bu fılmlər bir çox cəhətdən seçilirdi. Təsadüfi deyil ki, Qran-priyə onlar sahib oldu. Tamara Bolorvşili Qia Şubenivşinin "Her kəs sevgi istəyir", Georqi Kobaliyanın "Günəş çiçəklər ölkəsi" filmləri yaşıdlarına təbiəti sevməyi hadisə ilə verə bilmişdi. D.LevanınZalfilmində isə musiqi imtahanında müəllim və tələbənin üz mimikalarına xüsusi yer ayırmışdı.

Zalın hər bir kəsin birmənah şəkildə qəbul etdiyi "Pionerfilm" studiyasının çəkdiyi “Tort” A.S.Puşkinin əsəri əsasında hazırlanmış "Qızıl balıq" filmi oldu. "Tort" filmində gürcü ritmləri altında tort kəsilərək Gürcüstanın xəritəsini əmələ gətirir. Ən maraqlı kadr isə birinci bıçaqların nümayişi idi. Həcm keyfiyyət baxımından "Qızıl balıq" filmi axıracan uşaqların marağına səbəb oldu. Bu filmin ən böyük keyfiyyəti uşaqların aktyorluq qabiliyyətinin nümayişi idi.

Filmlərin digər fərqi isə musiqi seçərkən 90 faiz öz milli musiqilərinə üstünlük vermələri idi. Sonda münsiflər heyəti tamaşaçılar da öz sözlərini dedilər. Alp Əliyevanın "Balaca dostlar" filmi Xəzər Universitetinin prizinə layiq görüldü. "Ümid" mükafatına Georgi Kobaliyanın "Günəş çiçəklər ölkəsi", "Təbəssüm" mükafatına Fərhad Rəhimlinin "Duel", Tamaşaçı rəğbəti mükafatına Rübabə Mirfeyzullayevanın "Sehrli qələm", "Qran-pri"yə isə "Pionerfilm" studiyasının çəkdiyi "Qızıl balıq" filmi sahib oldu, Bundan başqa uşaqları "Mcdonalds" Beynəlxalq Bankın mükafatları da sevindirdi.

 

Kino+.- 2007.- 14 sentyabr.- S. 4.